Home » Beynəlxalq, Siyasət, Ümumi » Qeyri leqal transplantasiyada Azərbaycanın da adı hallanır

Qeyri leqal transplantasiyada Azərbaycanın da adı hallanır

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Ukraynanın Daxili İşlər Nazirliyi bəyan edib ki, ölkədə qanunsuz insan transplantologiyası ilə məşqul olan 8 nəfərlik qrup ifşa olunub.

Polis rəsmiləri donorların sabiq sovet respublikalarından və maddi ehtiyac içində olan xanımlar olduğunu deyib. Bu şəxslərə hər orqana görə 10 min dollara kimi pulun ödəndiyi də xəbər verilir.BBC-nin Azərbaycan bürosu xəbər verir ki, Ukrayna polisinin bəyanatında diqqəti çəkən digər məqam isə bu əməliyyatların bir qisminin Azərbaycanda həyata keçirilməsi barədə iddiadır. Elə Azərbaycan mətbuatı da son aylar ölkədə “qara transplantologiya” barədə silsilə yazılar dərc edir. Ukrayna Daxili İşlər Nazirliyinin bəyanatı aparıcı yerli kütləvi informasiya vasitələrinin əsas mövzusudur. Son dövlər bu məsələni araşdıran mətbuat indi xaricdən rəsmi təstiq almış oldu. Hələ bir neçə ay öncə xarici mətbuat bu qeyri-leqal biznesdə Azərbaycanın adını hallandıranda yerli polis bəzi özəl yerli klinikalarda yoxlama aparıb bir neçə həkimdən ifadə aldı. Amma buna hər-hansı şərh verilmədi. Mətbuat isə bu yoxlamaların xaricdəki iddialarla bağlı olduğunu ehtimal etdi. Ukraynada səslənmiş son iddiaya gəlincə, Azərbaycanın Daxili İşlər Nazirliyi bu mövzunun bir qədər şişirdiylidyi düşünür. Nazirliyin təmsilçisi Ehsan Zahidovun zənnincə, söhbət insanın zorən yox, könüllü qaydada öz orqanını satmasından gedir.”Əgər kimsə knüllü qayda oz orqanını satırsa burada cinayət tərkibi yoxdur. Neçə ki, donor öz qanını verir. Bu günə kimi daxili işlər orqanlarına kiminsə zorən əməliyyat olunduğu haqda şikayət olunmayıb. Öz orqanını satan şəxsi isə hüquqi cəhətdən məsuliyyətə cəlb etmək mümkün deyil”.Amma belə yanaşmaya tənqidi yanaşanalrda var. Sabiq polis rəsisi Mahmud Hacıyev bu cür yanaşmanı kökündən yanlış hesab edir. “Burada qanunsuz alqı-satıq münasibəti var. Bundan savayı əgər kimsə oz orqanını satırsa o, bunu maddi və digər asılılıq səbəbindən edə bilər”. Mahmud Hacıyev hesab edir ki, polis orqanları hökmən bu məsələni ətraflı araşdırmalıdırlar.
Bu sahədə qanunverici boşluğun olduğunu tibb elmləri doktoru Adil Qeybulla da deyir. Belə ki, transplantologiya haqqında qanunda “çoxlu boşluqlar var və bu, kriminal qruplar üçün münbit zəmin yaradır”. Adil Qeybulla deyir ki, insan cüt orqanarından birini satırsa bu hal qanunla tənzimlənməli və əməliyyyat qeydiyatdan keçməlidir.
AgahMedia.Com portalının BBC-nin Azərbaycan bürosuna istinadən məlumatına görə, tibb sahəsinin monitorinqini həyata keçirən Tamilla Kərimova bu iddiaların hökümtlərarası səviyyədə araşdırılmasını zəruri bilir. O ki qaldı əməliyytlara Tamilla Kərimova burada bu və ay digər orqana görə təklif olunan qiymətin cinayətkar qruplar üçün “əsas stimul” olduğunu deyir. “Tək bir böyrəyin dünya bazarında qiyməti 30 min dollardır və əgər insan öz yaxınını xəstəlikdən qurtarmaq istəyirsə bundan artığını da ödəməyə çalışacaq”. Müttəxəsislərin rəyinə görə, hazırda Azərbaycanda donor orqanları arasında ən çox məhz böyrəyə tələbat var.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*