Home » Şou biznes və Mədəniyyət, Ümumi » Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından növbəti dəfə qrant alan təşkilatlar məlum oldu

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından növbəti dəfə qrant alan təşkilatlar məlum oldu

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2011-ci ildə QHT layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş birinci maliyyə yardımı müsabiqəsinin nəticələrinin müzakirəsini yekunlaşdırdı. AgahMedia.Com portalının adıçəkilən qurumun mətbuat xidmətinə istinadən məlumatına görə, 6 dekabr 2010-cu ildə elan edilmiş maliyyə yardımı müsabiqəsinə ümumilikdə 425 QHT-dən layihə təklifi daxil olmuşdur. Onlardan 69-nun texniki sənədləşməsi Şuranın tələblərinə cavab vermədiyi üçün ilkin seleksiya mərhələsində müsabiqədən uzaqlaşdırılmış, 28 QHT isə Şura ilə 2010-cu ildə imzaladığı müqavilə öhdəliklərini kobud şəkildə pozduğuna görə müsabiqənin növbəti mərhələsinə buraxılmamışdır. Beləliklə, 328 layihə təklifi ekspertizaya göndərilmişdir.

Müsabiqə şərtlərinə uyğun olaraq, 2009-cu ildəki fəaliyyəti haqqında Maliyyə Nazirliyinə hesabat təqdim etməyən 20 QHT-nin layihə təkliflərinin maliyyələşdirilməsindən imtina edilmişdir.
Şura ekspert rəylərini və QHT-lərin əvvəlki illərdə həyata keçirdiyi layihələrin icra vəziyyəti haqqında Katibliyin hazırladığı arayışları nəzərə alaraq, 202 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul etmişdir.
Müsabiqə qaliblərinin siyahısı Şuranın qhtxeber.az saytında yerləşdirilmişdir. Müsabiqə qalibləri 15 aprel 2011-ci ildən gec olmayaraq Şura Katibliyi ilə müqavilə imzalamalıdırlar.
Apelyasiya ərizələri Şuranın Katibliyində 18 mart 2011-ci il saat 15.00-dək qəbul edilir.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*