Home » Beynəlxalq, Ümumi » Qevorq Poğosyan: Bu, adi mühacirət deyil, erməni əhalisinin ölkədən çıxıb getməsi prosesidir

Qevorq Poğosyan: Bu, adi mühacirət deyil, erməni əhalisinin ölkədən çıxıb getməsi prosesidir

Ermənistanda mühacirət göstəricisi, yəni mühacirət etməyə hazır olanların sayı əhalinin ümumi sayının 40 faizini təşkil edir. AgahMedia.Com informasiya portalının BBC-yə istinadən məlumatına görə, bu rəqəm Ermənistan Sosioloji Assosiasiyasının ötən ayın sonunda keçirdiyi sorğunun nəticələrini əks etdirir.
Sorğu Ermənistanın müxtəlif bölgələrində 15-25 yaşlı 1065 gənc arasında keşirilib.
Assosiasiyanın sədri Qevorq Poğosyanın sözlərunə görə, “bu, adi mühacirət deyil, bu, erməni əhalisinin ölkədən çıxıb getməsi prosesidir”.
“Mühacirət çox ölkələrə xasdır, bu, normal haldır. Lakin əhalinin 30 faizi gedəndə, bu, artıq ölkədən baş götürüb getməyə bənzəyir”.
Qevorq Poğosyan doğum sayının 2 dəfə azaldığını və daha az ailələr qurulduğunu qeyd edir.
“Dövlət gənc ailələrdə çoxuşaqlılığı həvəsləndirməlidir. Yol tikintisi, ordu üçün investisiyalar tapılırsa, döğumun həvəsləndirilməsi üçün də pul tapmaq olar”, – deyir Qevorq Poğosyan.
Sorğuda iştirak edən gənclərin 65 faizi öz gələcəyini Ermənistanda gördüklərini bildiriblər, 15,4 faizi ölkıni tərk etmək niyyətindədir, 22 faizi isə bunu mümkün hesab edirlər. Maraqlıdır kı, qızların vətənə bağlılığı oğlanlardan daha möhkəmdir.
Mühacirətin səbəbləri təhsil almaq, işsizlik və ağır iqtisadi vəziyyətlə izah edilir. Gənclərin təxminən 26 faizi ailə qurmağa hazırlaşmadığını bildirib.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*