Home » Sosial, Təhsil sektoru, Ümumi » Universitet və ya texnikumlara qəbul olmaq istəyənlərin nəzərinə!

Universitet və ya texnikumlara qəbul olmaq istəyənlərin nəzərinə!

AgahMedia_Com_Sitesinin_Resim_Albomundan_TQDK_LOGO

AgahMedia.Com informasiya portalının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) aldığı məlumata görə, Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2014-cü ildə keçiriləcək qəbul imtahanlarında iştirak etmək üçün ərizələrin qəbulu aprelin 1-dən 30-dək aparılacaq. Göstərilən müddət ərzində abituriyentlər TQDK-nın müvafiq internet səhifəsinə (eservices.tqdk.gov.az/erizebak) daxil olub, şəxsiyyəti təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə “Abituriyentin elektron ərizəsi” formasını doldurmalı və təsdiqlətməlidirlər.

Virtual ödəmə kartını internet ödəmə xidmətləri vasitəsi ilə və ya 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar.

Qeyd: Aşağıda göstərilən kateqoriyalardan olan abituriyentlər elektron ərizələrini aprelin 1-dən 30 dək Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən elektron ərizə səhifəsinə daxil olub özləri təsdiq edirlər:
Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini tam orta təhsil səviyyəsi üzrə 2014-cü ildə bitirən abituriyentlər;
Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini tam orta təhsil səviyyəsi üzrə 2012-ci və 2013-cü illərdə bitirən qız abituriyentlər;
Azərbaycan Respublikasının ilk-peşə ixtisas təhsili müəssisələrini 2013-cü və 2014-cü illərdə bitirən qız abituriyentlər;
2012-ci və ondan sonrakı illərdə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə verib onu təsdiq etdirmiş qız abituriyentlər.
Digər abituriyentlər elektron ərizələrini tələb olunan sənədləri təqdim etməklə aprelin 7-dən 30-dək müvafiq SQK-larda təsdiq etdirməlidirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər.

Qeyd: “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən III qrupun abituriyentləri elektron ərizələrinin təsdiqini təmin etdikdən sonra eservices.tqdk.gov.az/erizebak internet səhifəsində “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçən abituriyentlər test imtahanının nəticələrinə əsasən müvafiq müsabiqə şərtlərini ödədikləri halda, təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı “Jurnalistika” ixtisasını da seçə bilərlər.

Ərizə qəbulu elanının tam mətni “Abituriyent” jurnalının 2-ci sayında dərc olunmuşdur. Abituriyentlər ərizələrini təsdiq etdirəcəkləri Sənəd Qəbulu Komissiyaları, onların ünvanları və tələb olunan sənədlər barədə məlumatları həmin jurnal vasitəsilə əldə edə bilərlər.

Jurnalda həmçinin aşağıdakı materiallar təqdim edilmişdir:
Elektron ərizə verən abituriyent üçün təlimat, “Elektron ərizə”nin doldurulma qaydası və nümunəsi
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqənin keçirilməsi şərtləri (ali təhsil müəssisələri və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə)
2013-cü ildə tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları
Bəzi test tapşırıqlarının izahı və tövsiyələr
Abituriyentlər üçün elmi-metodiki məqalələr
Qabiliyyət imtahanlarının keçirilməsi şərtləri

Ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarında təhsil almaq istəyən abituriyentlər elektron ərizələrinin təsdiqini təmin etdikdən sonra aprelin 15-dən 30-dək TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komissiyalarına (QİK) tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işləri təqdim etməklə seçmə turda iştirak edirlər. QİK-də abituriyentlərin seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılır və yoxlamadan müvəffəqiyyətlə keçənlər qeydiyyata alınırlar. Qeydiyyata alınmış abituriyentlər TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən test imtahanlarında iştirak edirlər. Test imtahanlarında topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər müəyyən edilmiş cədvəl üzrə qabiliyyət imtahan¬larında iştirak edirlər.
Qabiliyyət imtahanlarının keçirilməsi ilə bağlı bütün məlumatlar jurnalın müvafiq bölmələrində verilmişdir.

2013-ci ildə tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları
Ötən ilin tələbə qəbulu müsabiqəsində ixtisaslar üzrə formalaşmış keçid ballarının abituriyentlər üçün ixtisas seçimi zamanı düzgün istiqamət götürməkdə oriyentir rolunu oynaya biləcəyi nəzərə alınaraq jurnalın bu sayında 2013-cü ilin qəbul imtahanlarında ixtisaslar üzrə formalaşmış keçid balları dərc olunub. Qeyd edək ki, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərə əsasən, hər il minimal keçid ballarında müəyyən dəyişmə müşahidə olunsa da, oxşar, təkrarlanan meyllər, tendensiyalar da özünü göstərir. Odur ki, abituriyentlər keçid ballarına istinad edərkən onların hər ilin müsabiqə nəticələrindən asılı olaraq dəyişməsini nəzərə almalıdırlar.

Bəzi testlərin izahı və tövsiyələr
Ali məktəblərə ötənilki qəbul imtahanlarının nəticələri ənənəvi olaraq TQDK-nın nəzdində fəaliyyət göstərən fənlər üzrə elmi-metodiki seminarlarda geniş müzakirə edilmiş və təhlillər aparılmışdır. Bu araşdırmalar nəticəsində məlum olmuşdur ki, abituriyentlərin bir qismi sadə və orta səviyyəli sualların həllində qənaətbəxş bilik və bacarıq nümayiş etdirsələr də, müəyyən mövzulara aid test tapşırıqlarının yerinə yetirilməsində çətinlik çəkmişlər. Bununla əlaqədar jurnalda ayrı-ayrı fənlər üzrə ikinci qəbildən olan test tapşırıqlarının izahlı təhlili verilib. Bu materiallarla tanışlıq qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün çox faydalı olacaq.

Abituriyentlər üçün elmi-metodiki məqalələr
Bu bölmədə müxtəlif fənlərin mövzu dairəsi nəzərə alınmaqla müasir dövrdə ölkəmizdə və dünyada baş verən aktual hadisə və proseslərlə, həmçinin ayrı-ayrı elm sahələrində olan yeniliklərlə bağlı abituriyentlərin məlumatlandırılması, onların dünyagörüşünün zənginləşdirilməsi məqsədilə məqalələr təqdim olunur. Bu məqalələrlə tanış olmaqla abituriyentlər qeyd olunan mövzular üzrə zəngin və maraqlı məlumat əldə edəcəklər.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

4 Responses to Universitet və ya texnikumlara qəbul olmaq istəyənlərin nəzərinə!

  1. Men iyulun 20-si imtahan verecem menim esas fenlerden 1-den 0 cixma ehtimali var .. Ama ki300 bal yigmisam men meselen .. Yeni kollec oxuya bileremmi? Ama esas fenlerden bir O-im cixib .. Yeni kollecde oxuya bilerem? Xais melumat verinde..

  2. 2015 ci il susa muusiqi kollecine kecid bali ne qederdir?

  3. Salam. Men bilmek isteyerdimki texnikumlara sened qebulu ne vaxt basliyacaq? ne vaxta qeder davam edecek? ve pulsuza dusmek ucun ne qeder bal toplamaq lazimdi???

  4. Men 11 I bu il qutarmsam. Imtahandan 80 bal yigmsam. Mektebde 3 fenden imtahan oldu ondan da 22 yigmsam. Bu neticeyle texnikuma duse bilerem ya yox. Men med texnikum isdeyrem duse bilerem ora ya yox ?

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*