Home » Beynəlxalq, Siyasət, Ümumi » Qafqaz Müsəlmanları İdarəsindən sərt reaksiya…

Qafqaz Müsəlmanları İdarəsindən sərt reaksiya…

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ABŞ-da Qurani-Kərimin təhqir edilməsi barədə məlumatlara münasibətini açıqlayıb. AgahMedia.Com portalının ANS PRESS-ə istinadən məlumatına görə, idarənin yaydığı açıqlamada İslamın müqəddəs kitabı Qurani-Kərimin təhqir edilməsi, ondan tonqal qalanacağı təhdidi ilə bağlı yayılan xəbərlər hədsiz narahatlıq və hiddət doğurduğu bildirilir.
“Səmavi kitabların sonuncusu olan Qurana belə bir təhqiredici münasibətin bütün dünyada demokratiya dəyərlərinin ardıcıl müdafiəçisi qismində çıxış edən bir ölkədə nümayiş etdirilməsi olduqca acınacaqlı və fəsadlıdır. Belə ki, demokratiya pərdəsi altında çirkin, insanlıqdan uzaq hərəkətlərin baş verməsi demokratiya adına ləkədir və ondan sui-istifadədən başqa bir şey deyil”.
Açıqlamada belə bir hadisənin heç bir ölkəyə, cəmiyyətə başucalığı gətirməyəcəyi vurğulanıb. “Təəssüf doğuran məqam ondan ibarətdir ki, həqiqi din xadimlərinin dünyada dinlərarası dialoq və əməkdaşlıq sahəsində real nəticələr əldə etmək yönündə böyük səylər göstərdiyi bir vaxtda etiqad etdiyi dinin daxilində də təfriqə salan üzdəniraqlar tərəfindən törədilən təxribat 2001-ci il 11 sentyabr terror hadisəsini mübarək İslam dini ilə bağlamağa cəhd edənlərin iflasından sonra islamafobiya dalğasını yenidən qabartmağa xidmət məramı daşıyır”.Qafqaz Müsəlmanları İdarəsi milyonlarla müsəlmanın heysiyyətinə toxunan bu hadisəyə qəti etirazını bildirib və ABŞ dövlətinin rəhbərliyi və cəmiyyətini, milli, dini mənsubiyyətindən asılı olmayaraq, bütün dünya ictimaiyyətini bu mənəviyyatsız addıma qarşı vahid, ciddi qınaq mövqeyindən çıxış etməyə, təxribatçıların öz mənfur niyyətlərinə çatmalarının qarşısını birgə səylərlə almağa çağırıb.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*