Home » Biznes sfera və iqtisadiyyat, Bölgələr, Maraqlı, Siyasət, Ümumi » Qəbələ RLS turizm obyekti kimi istifadə edilə bilər

Qəbələ RLS turizm obyekti kimi istifadə edilə bilər

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Vuqar_Bayramov

İqtisadi baxımından Qəbələ RLS-lə bağlı müqavilənin qüvvədən düşməsi Azərbaycan üçün hər hansı bir problem yaratmayacaq. AgahMedia.Com portalının “SƏS” informasiya agentliyinə istinadən məlumatına görə, iqtisadçı-ekspert Vüqar Bayramlı Qəbələ RLS-in iqtisadi göstəricilərinə toxunarkən belə deyib. Onun sözlərinə görə, Qəbələ RLS-dən istifadəyə görə, Rusiya tərəfi il ərzində Azərbaycana yeddi milyon dollar vəsait ödəyirdi təbii ki, bu çox kiçik rəqəm idi: “Praktiki olaraq RLS-in istifadəsi ilə bağlı Azərbaycana Rusiya tərəfindən ödənilən məbləğ kifayət qədər az idi. Əgər bunu iqtisadi və maliyyə baxımından qiymətləndirsək görərik ki, RLS-in istifadə edilməməsi ilə bağlı ölkəmiz yalnız yeddi milyon dollar dollar itirəcək. Bu Azərbaycan üçün iqtisadi və maliyyə baxımından böyük itki hesab edilə bilməz”.
V.Bayramlı deyib ki, Qəbələ RLS-in istifadəsi ilə bağlı müqavilənin qüvvədən düşməsindən sonra da Azərbaycan gəlir əldə etmək imkanına malikdir: “Əvvəla RLS keçmiş SSRİ məkanında ən məşhur və tanınmış obyektlərdən biri idi. Bu da Azərbaycana imkan verir ki, ölkəmiz gələcəkdə bundan turizm məqsədilə istifadə etsin. Təbii ki, bizim qiymətləndirmələr də onu göstərir ki, bu hərbi obyekt turizm məqsədilə istifadə edilərsə yaxın gələcəkdə Bakıya üz tutacaq tursitlərin bir qismi Qəbələ RLS-ni ziyarət edəcəklər”.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*