Home » Beynəlxalq, Siyasət, Sosial, Ümumi » Qəbələ Radiolokasiya Stansiyası ilə bağlı Avropa Məhkəməsinə müraciət olunacaq

Qəbələ Radiolokasiya Stansiyası ilə bağlı Avropa Məhkəməsinə müraciət olunacaq

Rusiyanın icarəsində olan Qəbələ Radiolokasiya Stansiyasının (RLS) ətraf mühitə real təsirini ifadə edən sənədlərin gizli saxlanması Avropa İnsan Hüquqları Məhkəməsinin baxış predmeti olacaq. AgahMedia.Com informasiya portalının “Mediaforum”-a istinadən məlumatına görə, Media Hüququ İnstitutundan bildirilib ki, əlaqəli qurumlar Qəbələ RLS-in ətraf mühitə real təsiri haqda bilgiləri açıqlamaqdan imtina edib, bununla bağlı şikayətlərə baxan Azərbaycan məhkəmələri isə həmin qurumların xeyrinə qərarlar çıxarıb.
Qəbələ RLS-in ətraf mühitə təsirini göstərən sənədlərlə bağlı araşdırmalar Media Hüququ İnstitutunun təşəbbüsü çərçivəsində jurnalistlərin və vətəndaş cəmiyyəti quruluşlarının iştirakı ilə aparılıb. Media Hüququ İnstitutu xatırladır ki, Qəbələ stansiyasının təsiri həmişə toplumu narahat edən mövzu olub: “Bəzən stansiyanın ətraf bölgədə yaşayanları çox ciddi radiasiyaya məruz qoyduğu da yazılıb, danışılıb. Media Hüququ İnstitutunun təşəbbüsünün məqsədi diqqəti ətraf mühitlə bağlı bilgilərin açıqlığına yönəltmək və belə bilgilərin açıq tutulub-tutulmadığını araşdırmaq olub”.
AgahMedia.Com informasiya portalının “Mediaforum”-a istinadən məlumatına görə, Media Hüququ İnstitutu qeyd edir ki, Qəbələ RLS-in ətraf mühitə təsirini öyrənmək məqsədilə hələ 2003-cü ildə Dövlət Komissiyası yaradılıb, həmin komissiyanın sədri səhiyyə naziri olub. Komissiyanın işi, araşdırmaları, hesabatları barədə topluma yetərli bilgi verilməyib. Səhiyyə Nazirliyindən bilgi sorğusu vasitəsilə həmin komissiyanın fəaliyyət göstərib-göstərmədiyi, Qəbələ RLS-in ətraf mühitə təsirini araşdıran digər qurumlar haqqında bilgilər, habelə stansiyanın təsiri ifadə olunan sənədlərin surətlərinin verilməsi istənilib. Səhiyyə Nazirliyi sorğuya cavabında deyib ki, “Nazirlik RLS-in ətraf mühitə təsiri barədə hesabat hazırlayıb və Nazirlər Kabinetinə göndərib. Hesabat artıq göndərildiyindən onun mətni nazirlikdə yoxdur”.

Səhiyyə Nazirliyi sorğunu təmin etməkdən yayındığından Nəsimi Rayon Məhkəməsinə müraciət olunub. Məhkəmə işini Media Hüququ İnstitutunun hüquqçusu Fariz Namazlı aparıb. Hüquqçu deyir ki, məhkəmədən Səhiyyə Nazirliyinin üzərinə sorğunu cavablandırmaq vəzifəsi qoyan qərar verməsini xahiş ediblər. Nəsimi məhkəməsi Səhiyyə Nazirliyində hesabatın olmaması əsasını gətirərək şikayəti təmin etməyib. F.Namazlı isə deyir ki, komissiyanın sədri səhiyyə naziri olub və hesabatın bir nüsxəsi mütləq bu qurumda qalmalı və ya hər kəsin tanış ola biləcəyi bir yerə qoyulmalı idi.
Sonradan Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.
AgahMedia.Com informasiya portalının “Mediaforum”-a istinadən məlumatına görə, hazırda iş üzrə Avropa Məhkəməsinə şikayət hazırlanır. Şikayəti hazırlayan hüquqçular hesab edir ki, istənilən bilgilərin verilməməsi, ölkə məhkəmələrinin də buna haqq qazandırması ilə sorğu verənlərin Avropa Konvensiyasında təsbit olunmuş fikri ifadə etmək (maddə 10) və ədalətli məhkəmə araşdırması (maddə 6) hüquq və azadlıqlarına müdaxilə edilib.
Qəbələ RLS SSRİ-nin raketdən müdafiə kompleksinin əsas stansiyalarından biri olub. 6000 kilometr radiusdakı məsafəni nəzarətdə saxlamağa qadirdir. Azərbaycan 2002-ci ildə stansiyanı Rusiyaya 2012-ci ilə kimi ili 14 milyon dollara icarəyə verib. Stansiyada 1400 nəfər Rusiya hərbiçisi qulluq edir.
2011-ci ilin yayında Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov deyib ki, Rusiya Qəbələ RLS-in icarə müddətini uzatmaq istəyir.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*