Home » Sosial, Ümumi » Professor-müəllimlər ali məktəblərdə işə yeni qaydalarla götürüləcək

Professor-müəllimlər ali məktəblərdə işə yeni qaydalarla götürüləcək

AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə, Təhsil Nazirliyinin ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev bildirib ki, indi layihə formasında olan bu qaydalarda professor-müəllimlərin işə qəbulu ilə bağlı bır sıra yeniliklər nəzərdə tutulub. Hazırda ali məktəblərdə professor-müəllimlər fakültələrin və ali məktəbin elmi şuraları tərəfindən 5 il müddətinə seçilir. Yeni qaydalarda isə göstərilir ki, professor-müəllim vəzifələrinin tutulması ilə bağlı son qərarı məktəbdə işə qəbulla bağlı yaradılmış müvafiq komissiya verəcək.
Müsabiqədən keçmiş professor-müəllimlərlə ali məktəb rəhbərliyi 4 illik müqavilə bağlayacaq. Dörd il başa çatdıqdan sonra isə həmin vəzifənin tutulması üçün yenidən elan veriləcək. Bu vəzifəni əvvəl tutmuş müəllim həmin müsabiqədə yenidən iştirak edə və uğur qazanacağı təqdirdə həmin vəzifəni tuta bilər. Müəllimlərin müsabiqədə iştirakı ilə bağlı məhdudiyyət qoyulmayıb.
Bununla yanaşı, müsabiqədən keçən professor-müəllimlə ali məktəb rəhbərliyi arasında imzalanmış müqaviləyə uyğun olaraq, müəllimlər hər ilin sonunda öz fəaliyyətləri barədə hesabat verməlidirlər. Əvvəllər 5 il müddətinə seçilmiş professor-müəllimlərin hesabatı məktəb rəhbərliyi tərəfindən yaxşı işləməyən müəllimə qarşı hər hansı tədbirin görülməsinə imkan vermirdi. Amma indi hesabatın nəticəsindən asılı olaraq, rektorun müəllimlə müqavilənin davam etdirilib-etdirilməyəcəyi ilə bağlı müvafiq qərar qəbul etmək səlahiyyəti olacaq. Müəllimin gördüyü işlərin nəticəsindən asılı olaraq, rektor onunla müqaviləni davam etdirə də, etdirməyə də bilər.
İ.Mustafayev vurğulayıb ki, müqavilədə məktəb rəhbərliyinin də öhdəlikləri var. Yəni, məktəb rəhbərliyi tədris prosesini həyata keçirmək üçün müəllimi lazımi avadanlıqlarla, dərs vəsaitləri ilə, elektron kitabxanaya çıxışla təmin etməli, ona yaxşı auditoriya verməlidir. Ali məktəb rəhbərinin isə şərti odur ki, müəllim keyfiyyətli dərs keçsin, tələbələrə proqramlarla müəyyənləşdirilmiş biliklərin verilməsi üçün məsuliyyət daşısın. Əks təqdirdə rektor müəllimlə bu müqaviləni poza bilər. Bu qaydaların hazırlanması ali təhsil sistemi üçün ən mütərəqqi yeniliklərdən biridir.

İdarə rəisi əlavə edib ki, yeni qaydalar müəllimlərin məsuliyyətini də artıracaq. Artıq ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları hazırlanaraq tətbiq edilib.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*