Home » Beynəlxalq, Siyasət, Ümumi » Prezidenti hədələyən 20 il həbs cəzası aldı

Prezidenti hədələyən 20 il həbs cəzası aldı

AgahMedia.Com portalının İ TV -yə istinadən məlumatına görə, Kaliforniyanın 63 yaşlı sakini Timoti Klaud ABŞ prezidenti Barak Obamanın ünvanına hədələyici məktub göndərdiyinə görə 20 il azdlıqdan məhrum edilib. Onun məktubunda Sibir xorası sporlarının qarışığına bəzər ağ rəngli zərərsiz toz da aşkarlanıb.
Kaliforniyalı may ayında keçirilən məhkəmə prosesində günahını boynuna alıb. O, dövlət başçısından savayı belə bir məktubu Amerika sosial təminat idarəsinin bir neçə şəhərdəki filiallarına da göndəribmiş. Məktubda poroşokun olduğu bilinən kimi, həyəcan qaldırılaraq əməkdaşlar idarə binasından evakuasiya ediliblər. Nyu-Yorkda isə belə bir həyəcan siqnalı ilə, əli məktuba dəymiş dörd əməkdaş karantində saxlanılıb.
Timoti Klauda yüksək cəza kəsilməsində onun əvvəllər Texas ştatında seksual cinaət üzrə məsuliyyətə cəlb edilməsi faktı da az rol oynamayıb.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*