Home » Beynəlxalq, Siyasət, Ümumi » Prezident seçkilərinin ildönümündə İranda gərginlik …

Prezident seçkilərinin ildönümündə İranda gərginlik …

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, İran prezident Mahmud Əhmədinejadın mübahisəli prezident seçkilərində qalib gəlməsinin birinci ildönümünü qeyd edərkən, şahidlər ölkənin Tehran və digər şəhərlərində təhlükəsizlik tədbirlərinin gücləndirildiyini deyirlər.

 Müxalifət liderləri günahsız insan itkisinə yol verməmək məqsədilə bu günə planlaşdırılmış nümayişləri ləğv etdiklərini bəyan ediblər. İran höküməti cənab Əhmədinejadın səs çoxluğu ilə seçildiyini deyir. Hökümət bəyan edir ki, nümayişlər yalnız, onların təbirincə, Qərbin qurduğu sui-qəsdidir. Hal-hazırda burada nümayişlərin keçrilməsi barədə heç bir məlumat yoxdur. Lakin müxalifər mənbələri açıqlayıbıar, müxalifətpərəstlər cümə günü gecəyə qədər evlərinə qayıtmayaraq, Allahu Əkbər kəlmələrini səsləndiriblər. Bu isə onların cənab Əhmədinejadin prezident seçkiləri sonrası göstərdikləri itaətsizlik rəmzi olmuşdu.
Bir il bundan öncə milyonlarla adam etiraz olaraq küçələrə çıxmişdı. Bu cənab Əhmədinejadın prezident seçkilərini oğurlaması fikrində olan çoxsayli adamların qəzəbini. O vaxtdan bəri müxalifət qüvvələrinin itaətə məcbur edilməsi üçün onlar davamlı olaraq, küçə nümayişləri zamanı döyülüb, həbs ediliblər.
Müxalifətçilər israr edirlər ki, həbs edilən fəallar həbsxanalarda təhqir edilərək alçaldılıblar. Cənab Əhmədinejadın hökümətinin hakimiyyəti əldə saxlamaq barədə hələ də narahat olduğu görünür. Belə ki, hökümət mətbuat və internetə nəzarəti gücləndirib və hətta xaricə qaçan adamların belə tənqidı danışmamaları barədə onlara xəbərdarlıqlar edib. Müxalifətdə isə ideya çatışmazlığının olduğu görünür. İranlıların bir çoxu indi güzəştə getməyə məcbur olub. Neft gəlirlərinin aşağı düşməsi,və ola bilər ki, indi daha tezliklə maliyyə problemi ilə üzləşə biləcək hökümətin növbəti ən böyük problemi isə ölkənin iqtisadiyyatındakı ağır vəziyyətditr.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*