Home » Sosial, Ümumi » Prezident İlham Əliyevin kiçik qızı Arzu Əliyeva ailə qurdu

Prezident İlham Əliyevin kiçik qızı Arzu Əliyeva ailə qurdu

Azərbaycan Prezidenti İlham Əliyevin kiçik qızı Arzu Əliyevanın toyu olub. AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, Arzu Əliyeva Rusiyada tanınmış iş adamı, Ümumrusiya Azərbaycanlıları Konqresinin yaradıcılarından olan Aydın Qurbanovun 23 yaşlı yeganə oğlu Səməd Qurbanovla ailə qurub.
Səməd Qurbanov Moskvada doğulub və böyüyüb, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitunu bitirib. Hazırda ailə biznesi ilə məşğul olur. Arzu Əliyeva isə İngiltərədə təhsil alıb. O, dörd dildə sərbəst danışır, xeyriyyəçiliklə məşğul olur və Heydər Əliyev Fondunun həyata keçirdiyi aksiyalarda iştirak edir.
“İTAR-TASS” xəbər verir ki, gənc cütlüyün toyu Xəzər dənizi sahilində, Bilgəh qəsəbəsində açıq havada keçirilib. Mərasimdə ailələrin yaxın qohum və dostları, eləcə də Azərbaycanda akkreditasiya olunmuş bir sıra diplomatik missiyaların rəhbərləri iştirak ediblər. Toy kifayət qədər təvazökar, bununla belə, olduqca nəfis təşkil edilib. Süfrədə Avropa elementlərinin də əlavə edildiyi Azərbaycan mətbəxinin xörəkləri olub. Mərasimdə yalnız Azərbaycan müğənniləri iştirak ediblər.
Rusiya prezidenti Dmitri Medvedev və həyat yoldaşı Svetlana Medvedeva ailə quran gəncləri gəlinin valideynlərinə yolladıqları teleqramla təbrik ediblər.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*