Home » Bölgələr, Siyasət, Sosial, Ümumi » Prezident İlham Əliyev Şəkidə “Green Hill İnn” mehmanxanasının açılışında iştirak edib

Prezident İlham Əliyev Şəkidə “Green Hill İnn” mehmanxanasının açılışında iştirak edib

AgahMedia.Com portalının”SƏS” İnformasiya Agentliyinə istinadən məlumatına görə, Noyabrın 17-də prezident İlham Əliyev Şəkiyə səfəri çərçivəsində “Green Hill İnn” mehmanxanasının açılışında iştirak edib. Dövlət başçısı mehmanxananın rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, beşmərtəbəli turizm kompleksinin ümumi ərazisi 1,2 hektardır. Kompleksə daxil olan otel və kotteclərin ümumi sahəsi isə 5 min kvadratmetrdən çoxdur. Ərazidə mehmanxana binası ilə yanaşı, yardımçı tikililər, böyük və kiçik hovuz yaradılıb. Mehmanxananın həyəti abadlaşdırılıb, geniş yenidənqurma işləri aparılıb, yaşıllıq zolağı salınıb.
Prezident İlham Əliyev mehmanxananın ərazisində görülməsi nəzərdə tutulan işləri əks etdirən stendə baxıb, ən yuxarı mərtəbədən şəhərin mənzərəsini seyr edib.
Bildirilib ki, mehmanxananın 4 mərtəbəsi apartament nömrələrdir. Burada 4 birotaqlı, 12 ikiotaqlı, 8 üçotaqlı, 3 dördotaqlı nömrələr qonaqlara təklif olunur. Mehmanxana binasının beşinci mərtəbəsində isə 18 otaq yaradılmışdır. Nömrələrin hamısı ən son informasiya-kommunikasiya avadanlığı, o cümlədən internetlə təmin olunub. Binada sürətli liftlər quraşdırılıb.Qeyd edilib ki, müasir havalandırma sistemləri ilə təchiz edilən mehmanxana kompleksinin ərazisində, həmçinin kottec tipli istirahət və əyləncə otağı, SPA, fitnes, yeməkxana və asudə vaxtın səmərəli keçirilməsi üçün otaqlar var. Mehmanxana kompleksində 200 nəfər işlə təmin edilib.
“Green Hill İnn” mehmanxanası Şəkinin turizm potensialının göstəricisi olmaqla bu bölgənin imkanlarını da nümayiş etdirir. Burada yaradılan şərait təsdiqləyir ki, müasir dövrdə turizmin əsas məqsədi ölkə iqtisadiyyatının kompleks inkişafını təmin etməkdir. Son illər Azərbaycanda turizmin ölkə iqtisadiyyatının mühüm hissəsinə çevrilməsi, bu sahədə xırda və orta sahibkarlıq üçün möhkəm bazanın yaradılması regionların infrastruktur cəhətdən inkişafını da təmin edir.
Dövlət başçısı mehmanxananın açılışı münasibətilə təbriklərini çatdırıb.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*