Home » Bölgələr, Siyasət, Sosial, Ümumi » Prezident İlham Əliyev Qəbələdə Beynəlxalq Aeroportun açılışında iştirak edib

Prezident İlham Əliyev Qəbələdə Beynəlxalq Aeroportun açılışında iştirak edib

AgahMedia.Com informasiya portalının İctimai TV -yə istinadən məlumatına görə,president İlham Əliyev noyabrın 17-də Qəbələ Beynəlxalq Aeroportunun açılış mərasimində iştirak edib.Aeroportun kollektivi və rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşılayıblar. Azərbaycan prezidenti mərasimdə çıxış edib. Sonra Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev rayonun inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə rayon sakinləri adından minnətdarlığını çatdırıb.Daha sonra dövlətimizin başçısı aeroportun rəmzi açılışını bildirən lenti kəsib.“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov beynəlxalq standartlara cavab verən Qəbələ aeroportu haqqında prezident İlham Əliyevə məlumat verib.
Prezident İlham Əliyev Qəbələ Beynəlxalq Aeroportunun layihəsi və Qəbələ-Ağdaş yolunun yenidən qurulması ilə bağlı stendlərə də baxıb.
Prezident İlham Əliyev aeroportun açılışı münasibətilə təbriklərini çatdırıb, kollektivə uğurlar arzulayıb.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*