Home » Biznes sfera və iqtisadiyyat, Siyasət, Sosial, Ümumi » Prezident İlham Əliyev dərman bazarındakı özbaşınalıqlardan danışdı
 Ucuz təyyarə biletləri və sərfəli otellər burda…

Prezident İlham Əliyev dərman bazarındakı özbaşınalıqlardan danışdı

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Ilham_Aliyev

“Mənim narahatçılığım, eyni zamanda, dərman preparatlarının qiymətləri ilə bağlı idi. Mən xüsusi göstəriş vermişdim ki, bütün apteklərdə ciddi nəzarət təşkil edilsin və qiymətlərin qalxmasına imkan verilməsin. Eyni zamanda, onu da qeyd etməliyəm ki, dərman preparatlarının bazarı əfsuslar olsun ki, Azərbaycanda müəyyən dərəcədə nəzarətdən kənarda qalmışdır. Bu, əslində dözülməz bir hal idi. Bu hadisə deyə bilərəm ki, bizim diqqətimizi bu sahəyə daha da ciddi şəkildə yönəltdi və gördük ki, bu sahədə çox böyük pozuntular, uyğunsuzluqlar var”.
AgahMedia.Com portalının “Trend” informasiya agentliyinə istinadən məlumatına görə, bunu aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda yekun nitqində deyib.

Prezidentin sözlərinə görə, bəzi hallarda dərmanların qiyməti bir neçə dəfə, bəzi hallarda on dəfə şişirdilir: “Yəni, burada tamamilə özbaşınalıq və anarxiya hökm sürürdü. Kim dərmanı hansı qiymətə istəyirdi, o qiymətə də satırdı. İnsanlar da məcbur olub o dərmanları alırdılar, böyük vəsait xərcləyirdilər, xüsusilə pensiyaçılar ki, onlara daha çox dərman lazımdır”.

Dövlət başçısı bildirib ki, eyni zamanda, bəzi hallarda ölkəyə o qədər də böyük keyfiyyətə malik olmayan dərmanlar da gətirilir: “Ona görə mən Səhiyyə Nazirliyinə, İqtisadiyyat və Sənaye Nazirliyinə göstəriş vermişəm ki, bu sahədə vəziyyət tamamilə nəzarətə götürülsün. Eyni zamanda, hökumətə tapşırmışam ki, ciddi nəzarət olmalıdır və indi yeni mexanizm işlənilir. Ümid edirəm ki, bir neçə aydan sonra biz bu mexanizmi tətbiq etməyə başlayacağıq və insanlar bunu gündəlik həyatda görməlidirlər. Qiymətlər qalxmamalıdır. Mən hesab edirəm ki, bəzi dərmanların qiymətlərində kəskin azalma da olacaqdır.

Bu mövzu ilə bağlı bir məsələni də qeyd etmək istəyirəm. Bu vəziyyət onu bir də göstərdi ki, yerli istehsalın ölkə iqtisadiyyatı üçün nə qədər böyük əhəmiyyəti var. Ona görə İqtisadiyyat və Sənaye Nazirliyinə tapşırıram ki, yerli istehsalın stimullaşdırılması üçün əlavə tədbirlər hazırlasın, təklif versin və biz lazımi qərarlar, sərəncamlar verəcəyik”.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*