Home » Şou biznes və Mədəniyyət, Ümumi » Pol Makkartni 18 yaş özündən cavan olan qadın ilə evlənir

Pol Makkartni 18 yaş özündən cavan olan qadın ilə evlənir

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, “The Beatles” qrupunun keçmiş üzvü Pol Makkartni amerikalı Nensi Şevell ilə evlənir.Nensi Şevellin toyu Londonda keçirilir. Toy məclisinə dəvət olunanlar arasında “The Beatles” qrupunun digər bir keçmiş üzvü Rinqo Star da var.
Nikah mərasimi Pol Makartninin 42 il bundan əvvəl ilk dəfə kəbin kəsdiyi Londonun mərkəzində yerləşən Town Hall-da keçirilir.
1969-cu ildə Pol Makartni amerikalı Linda İstman ilə evlənmişdi.
Linda Makkartni – İstman 1998-ci ildə vəfat edib. 69 yaşlı Pol Makkartni isə 2002-ci ildə keçmiş model Hizer Millslə ailə həyatı qursa da 2008-cı ildə qalmaqalla boşanmalı oldu. Pol Makkartni 3-cü dəfə evlədiyini cəmi 3 həftə bundan əvvəl elan edib.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*