Home » Beynəlxalq, Siyasət, Ümumi » Piter Semnebi Avropa İttifaqının Dağlıq Qarabağdan narahat olduğunu bildirdi

Piter Semnebi Avropa İttifaqının Dağlıq Qarabağdan narahat olduğunu bildirdi

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Avropa İttifaqının regiona səfər edən nümayəndəsi Piter Semnebi son zamanlar Dağlıq Qarabağ bölgəsində zorakılıq səviyyəsinin artmasından narahatlıq ifadə edib. O,Azərbaycan və Ermənistanı sülh danışıqlarının tərəqqi əldə etməsi üçün səyləri artırmağa səsləyib. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Semnebi deyib ki, Avropa İttifaqı atəşkəs rejiminin son günlərdə tez-tez pozulmasını narahatlıqla izləyir. Son həftələr ərzində Azərbaycan-Ermənistan qarşıdurma xətti boyunca bir neçə insident baş verib. Alınan son məlumatlara görə, elə sentyabrın 6-da atəşkəsin pozulması halları qeydə alınmaqdadır.
Qarşılıqlı atəşin 5 rayonda qeydə alındığı xəbər verilir. Beləliklə ötən həftədən baş qaldıran toqquşmalar hələ də tam səngiməyib. Bütün bunlar isə beynəlxalq dairələrin narahatlığına səbəb olub. ATƏT-in Minsk Qrupu tərəfləri zorakılıqdan çəkinməyə səsləyib.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, atəşkəs Tər-Tər, Ağdam, Goranboy və bəzi digər rayonlarda pozulub. Nazirlik atəşkəsin erməni silahlı qüvvələri tərəfindən pozulduğunu bildirib. İtki olmasa da cəbhə xəttində vəziyyətin gərgin qaldlığı xəbər verilir.
Bu arada isə bu gün Bakıya gələn ATƏT-in Minsk Qrupunun həmsədrləri təmas xəttindəki durumla bağlı bəyanat yayıblar. ATƏT-in internet saytında dərc edilmiş bəyanatda həmsədrlər “atəşkəsin möhkəmləndirilməsi istiqamətində” səy göstərəcəklərini bildiriblər.
Sentyabr ayının sonu regiona dönəcək həmsədrlər Qarabağa bitişik ərazilərdəki “humanitar duruma dair qiymətləndirmə” aparacaqlarını bildiriblər. Tərəfləri atəşkəsə riayət etməyə səsləyən həmsədrlər Ermənistan və Azərbaycanı “zorakılıqdan çəkinməyə və təhrikedici bəyanatlara yol verməməyə” çağırıblar.
AgahMedia.Com portalının BBC-nin Bakı bürosuna istinadən məlumatına görə, Bakının siyasi dairələrində isə Azərbaycanı müharibəyə cəlb etməyə cəhd edildiyi fikiri üstnülük təşkil etməyə başalyıb. MM-in müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc :”Görünən odur ki, Azərbaycanı təhrik etmək istəyirlər”.Millət vəkili düşünür ki, Yerevan Moskvanın son hərbi təminatlarından sui-istifadə etməyə cəhd edir.
Öz növbəsində hərbi təhlilçi Ələkbər Məmmədov da düşüünr ki, indi Azərbaycanı müharibəyə təhrik edirlər. Lakin ölkə rəhəbərliyi indiki vəziyyətdə soyuqqanlı davranmalıdır. “Biz təxribata uymamalıyıq”.
Bu arada isə ATƏT missiyasının iki gündən sonra təmas xəttində monitorinq keçirəcəyi gözlənilir. Monitorinq zamanı missiya üzvlərinin təmas xəttinin qarşı tərəfinə keçəcəkləri xəbər verilir.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*