Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » Peşəkar və ya həvəskar dizaynerlər üçün 5000 manat qazanmaq imkanı
 Ucuz təyyarə biletləri və sərfəli otellər burda…

Peşəkar və ya həvəskar dizaynerlər üçün 5000 manat qazanmaq imkanı

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_MANAT_resmiI Avropa Olimpiya Oyunlarının Təşkilat Komitəsi oyunlarla bağlı loqonun, medalların və məşəlin dizaynlarının müəyyənləşdirilməsi üçün müsabiqə elan edib.
I Avropa Olimpiya Komitəsinin Təşkilat Komitəsindən verilən məlumata görə, müsabiqədə dizayn qrafikası sahəsində peşəkar və ya həvəskar kimi fəaliyyət göstərən hər bir şəxs iştirak edə bilər.
İştirakçılara yaş məhdudiyyəti qoyulmur. Bir müəllif ən çox 5 iş təqdim edə bilər və təqdim edilən işlər müsabiqənin mövzusuna uyğun olmalıdır.
Müsabiqəyə yalnız indiyə qədər istifadə edilməyən və mövcud dizaynların elementlərini təkrarlamayan nümunələr təqdim edilməlidir. AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə, təqdim olunan işlər və ərizə forması fevralın 23-ə kimi elektron formada həm müsabiqənin office@baku2015.com elektron poçt ünvanına, həm də Təşkilat Komitəsinə (cd-r, dvd-r) göndərilməlidir.
Müsabiqədə I yerə layiq görülənlərə 5000, II yerə layiq görülənlərə (laureat) 3000, III yerə layiq görülənlərə (laureat) 2000 manat mükafat veriləcək.
Qeyd edək ki, Avropa Olimpiya Komitəsinin 8 dekabr 2012-ci il tarixində Romada keçirilən Baş Assambleyasında I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı tarixi qərar qəbul edilib. I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev Təşkilat Komitəsinin yaradılması ilə bağlı sərəncam imzalayıb.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*