Home » Şou biznes və Mədəniyyət, Ümumi » Paris Hilton kokain üstündə həbs olundu

Paris Hilton kokain üstündə həbs olundu

AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə, amerikalı aktrisa, müğənni və model kimi çalışan gözəlçə Peris Hilton növbəti dəfə həbs olunub. Las-Veqas polisi onun avtomobilində kokain tapıb. Polis işçisi bildirib ki, onun sənədlərini yoxlamaq üçün avtomobili saxladıqda marixuana qoxusu hiss edib. Və məhz elə buna görə, o avtomobildə axtarış aparmaq qərarına gəlib. Axtarış zamanı marixuana tapılamasa da, daha güclü narkotik maddə olan kokain aşkar olunub. Las-Veqas polisi onu kokain saxlamaqda ittiham edib. Hilton bölməyə aparılıb və sonra buraxılıb.
Qəribədir ki, Peris kokain saxlanma işinə cox qeyri-adi istehza ilə yanaşıb. Üzündə gülüş və ironiya ilə o öz Twitter saytındakı mikrobloqunda hamını həbsi ilə bağlı telleviiziyanın xəbərlər buraxılışında süjetə baxmağa çağırıb . Sonra o, öz pərəstişkarlarına ona dəstək olduqlarına görə minnətdərlığını bildirərək , onları çox sevdiyini söyləyib.
Bu Hiltonun ilk həbsi deyil. Polis onu bir neçə dəfə narkotik maddə saxladığına görə həbs edib. Xatırladaq ki, o, 2010-cu ilin iyul ayında Hollandiyada marixuana gəzdirdiyinə görə, 2007-ci ildə isə avtomobili içkili halda idarə etdiyinə görə həbs olunub.
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*