Home » Beynəlxalq, Siyasət, Sosial, Ümumi » Pakistanda Mehriban Əliyeva adına məktəbin açılışı oub

Pakistanda Mehriban Əliyeva adına məktəbin açılışı oub

Pakistanın Müzəffərabad şəhərində Heydər Əliyev Fondu tərəfindən 2007-ci ildə tikilmiş, 2012-ci ildə isə yenidən əsaslı təmir olunmuş, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva adına qızlar məktəbinin açılış mərasimi keçirilib.
Mərasimdə Pakistanın təhsil naziri Sadiq Dar, informasiya və yayım naziri Bazil Nakvi, fövqəladə hallar katibi Sərdar Rəhim Xan, Millət vəkili Sədəf Şeyx, Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov, eləcə də media nümayəndələri iştirak ediblər.
Açılış mərasimindən sonra tədbir iştirakçıları məktəbin ərazisi, sinif otaqları, kitabxanası, laboratoriyası ilə tanış olub, burada yaradılmış şəraitdən məmnunluq ifadə edilib.
Səfir Daşqın Şikarov Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın Azərbaycanda və Pakistanda, həmçinin digər xarici ölkələrdə apardığı irimiqyaslı layihələr barədə ətraflı məlumatlar verib, adıçəkilən məktəbin ərazisinin genişləndirilərək əsaslı təmir olunduğunu diqqətə çatdırıb.
AgahMedia.Com informasiya portalının Mehriban Əliyevanın rəsmi saytına istinadən məlumatına görə, səfir həmçinin, məktəbin 5 əlaçı şagirdinə Heydər Əliyev Fondu tərəfindən aylıq təqaüdlərin ayrıldığını da bildirib.
Pakistanın təhsil naziri Sadiq Dar 2005-ci ildə baş vermiş zəlzələdən sonra Azərbaycanın Pakistana yardım edən ilk ölkələr sırasında olduğunu xatırlatdı və təbii fəlakət zamanı dağılmış 150 nəfərlik məktəbin yerində 500-nəfərlik müasir məktəbin inşa olunduğunu vurğuladı. Sadiq Dar görülən işlərə görə Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib. Azərbaycanın birinci xanımının Pakistan xalqına, xüsusən də uşaqlara göstərdiyi qayğını yüksək dəyərləndirən Sadiq Dar Pakistanın rəsmi dövlət orqanları tərəfindən bu məktəbə məhz Mehriban Əliyevanın adının verilməsi barədə qərarı iştirakçıların diqqətinə çatdırıb.

Tədbirin sonunda hər bir şagirdə Heydər Əliyev Fondunun adından məktəb ləvazimatları ilə dolu çantalar, Səfirlik tərəfindən İslamabadda dərc edilmiş kitablar və iki ədəd kompüter hədiyyə edilib.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*