Home » Şou biznes və Mədəniyyət, Ümumi » “Oskar” mükafatının qalibləri məlum oldu


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

“Oskar” mükafatının qalibləri məlum oldu

AgahMedia.Com informasiya portalının İ TV-yə istinadən məlumatına görə, Amerika televiziya verilişləri arasında reytinqinə görə ikinci yerdə olan “Oskar” ötən gün dünyanın əksər ölkələrinə canlı yayımlanaraq 37,9 milyon tamaşaçını öz ətrafına toplaya bildi. Mərasimə artıq 9-cü dəfədir ki, komik aktyor Billi Kristal aparıcılıq edirdi. Qeyd edək ki, aparıcının seçilməsinə xüsusi diqqət yetirən Akademiya bununla onun yüksək baxımlılığını təmin etmiş olur.
Dünya kino incəsənətinin ən maraqlı hadisələrindən biri olan “Oskar” bu dəfə də qeyri-adi şou və rəngarəng səhnələri ilə yadda qaldı. Əvvəlcədən gözlənildiyi kimi fransız rejissoru Mişel Xazanaviçusun “Artist” filmi bir neçə nominasiyada qalib oldu. “Artist” ən yaxşı film, ən yaxşı rejissor və ən yaxşı kişi roluna görə Amerika Kino Akademiyası tərəfindən yüksək qiymətləndirildi. Qeyd edək ki, “Oskar”a qədər film Avropada keçirilən bir neçə mötəbər festivalda iştirak edərək 75 mükafata layiq görülüb. 15 milyon dollar büdcəsi olan film artıq 24 milyon dollar gəlir əldə edib.
Meril Strip üçün bu il çox uğurlu oldu. Onun “Dəmir Ledi” filmində oynadığı obraz birmənalı şəkildə ən yüksək mükafata layiq görüldü. Sonuncu dəfə 29 il əvvəl “Oskar”la təltif edilən aktrisa 3-cü dəfədir ki, bu nominasıyada birinci olur.
Mərasimin ən təsirli anlarından biri isə 82 yaşlı aktyor Kristofer Palmerin ən yaxşı ikinci plan aktyoru nominasiyasında ilk dəfə bu mükafatı alması idi. Həmçinin “Xadimə” filmindəki roluna görə Oktaviya Spenser də ilk dəfə ən yaxşı ikinci plan aktrisası kimi “Oskar”a layiq görüldü.
Amerika kino sənətinin ən özünəməxsus nümayəndələrindən biri olan Vudi Allen də bu gunun qaliblərindən idi. Onun “Parisdə gecə yarı” filminə yazdığı ssenari “Oskar” aldı.
Yaraşıqlı, dəbdəbəli geyimləri, ecazkar cütlükləri, emosional çıxışları ilə hamının diqqətini cəlb edən “Oskar” mərasimi 2013-cü ildə yubileyini qeyd edərək 85-ci dəfə öz qaliblərinə təqdim olunacaq.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*