Home » Biznes sfera və iqtisadiyyat, Şou biznes və Mədəniyyət, Ümumi » Oskar mükafatına namizədlərin adları məlum oldu

Oskar mükafatına namizədlərin adları məlum oldu

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Oskar_mukafati

AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində 86-cı Oskar mükafatına namizədlərin adları açıqlanıb.
Ən yaxşı film: «Amerikasayağı fırıldaq», «Kapitan Filips», «Dallas alıcılar klubu», «Cazibə», «Onun», «Nebraska», «Filomena», «12 illik əsarət», «Uoll-Strit canavarı».
Ən yaxşı aktyor: Kristian Beyl, Bryus Dörn, Leonardo di Kaprio, Çivetel Exiofor, Metyu MakKonaxi.
Ən yaxşı aktrisa: Emi Adams, Keyt Blanşet, Sandra Ballok, Cudi Denç, Meril Strip.
Ən yaxşı rejissor: Devid O. Rassel, Alfonso Kuaron, Aleksandr Peyn, Stiv MakKuin, Martin Skorseze.
Ən yaxşı ikinci plan aktyor: Barxad Abdi, Bredli Kuper, Maykl Fasbender, Cohan Hill, Cared Leto.
Ən yaxşı ikinci plan aktrisa: Salli Houkins, Cenifer Lourens, Lupita Nyonq, Culiya Roberts, Cun Skvib.
Bundan başqa, ən yaxşı saundtrek, ən yaxşı animasiya filmi, ən yaxşı əcnəbi film və daha bir neçə nominasiyada namizədlər irəli sürülüb.
«Amerikasayağı fırıldaq» və «Cazibə» filmlərinin hər biri 10 nominasiyada irəli sürülməklə, bu il siyahıya liderlik edir.
Amerika Kino Akademiyasının «Oskar» mükafatının 86-cı təqdimetmə mərasimi martın 2-də Hollivudda keçiriləcək.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*