Home » Sosial, Təhsil sektoru, Ümumi » Orta məktəblərdə buraxılış imtahanlarının tarixləri açıqlandı

Orta məktəblərdə buraxılış imtahanlarının tarixləri açıqlandı

AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə, orta məktəblərin 9 və 11-ci siniflərində keçiriləcək buraxılış imtahanlarının vaxtı məlum olub. Bakı üzrə iyunun 2-i 9-cu, 3-ü isə 11-ci sinif şagirdləri imtahan verəcək. Digər şəhər və rayonlar üzə 9-11-ci siniflərin imtahanı eyni gündə olacaq. İmtahan gələn ayın 8-də Sumqayıt, Abşeron, Xızı, Siyəzən, Şamaxı, İsmayıllı, Qobustan, Quba, Şabran, Qusar və Xaçmazda, iyunun 13-də Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax və Tovuzda, ayın 18-də Yevlax, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Füzuli, Zərdab və Beyləqanda, iyunun 29-da Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Şirvan, Salyan, Neftçala, Hacıqabul və Biləsuvarda, iyulun 4-də Şəki, Zaqatala, Balakən, Qax, Qəbələ, Oğuz, Mingəçevir, Göyçay, Ucar, Kürdəmir, Ağsu və Ağdaşda keçiriləcək. İmtahana buraxılış vərəqələri mayın 15-dən veriləcək.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri məleykə Abbaszadə Şimal-qərb bölgəsində zəlzələ nəticəsində dağılan məktəblərin şagirdlərinin buraxılış imtahanlarından azad ediləcəyini bildirib. “Artıq Fövqəladə Hallar Nazirliyinə müraciət etmişik. Nazirlik həddən artıq dağıntılara məruz qalan məktəblərin siyahısını təqdim edəcək. Bu həftə elan ediləcək buraxılış imtahanlarından azad olunan məktəblərin siyahısı. Həmin məktəblərin şagirdlərinin qiymətləndirilməsi dərs ili ərzindəki illik qiymətləndirməyə əsasən aparılacaq.”
«Təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin həyata keçirilməsinin müvəqqəti qaydaları»na əsasən, attestata son 2 ilin qiymətləri və buraxılış imtahanının nəticəsi yazılacaq. Bu il həmçinin, ilk dəfə olaraq orta məktəb məzunlarına elektron attestat və elektron şəhadətnamə veriləcək.
Buraxılış imtahanında testlə yanaşı, təqdim ediləcək yazı işinin mövzuları 1-2 günə açıqlanacaq. Şagirdlərə test tapşırıqlarının nümunələri veriləcək. İmtahandan uğurla keçə bilməyənlərin biliyini payızda da sınamaq imkanı var. Ötən il buraxılış imtahanından qeyri-kafi qiymət alanlara gəlincə, mayın 30-dək onların siyahısı hazırlanacaq. Həmin məktəblilər üçün ayrıca imtahan təşkil ediləcək. İmtahanın tarixi isə iyunda məlum olacaq. Buraxılış imtahanları ilə bağlı yekun qaydalar iki ay ərzində hazırlanacaq. İmtahanların nəticəsi bilinəndən sonra iyunun 30-dək bu qaydaların yekun variantı Nazirlər Kabinetinə təqdim ediləcək.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*