Home » Sosial, Təhsil sektoru, Ümumi » Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında (9 illik) ərizə qəbulu başlanır

Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında (9 illik) ərizə qəbulu başlanır

AgahMedia.Com informasiya portalının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinə istinadən məlumatına görə, orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər avqustun 1-dən 24-dək internet vasitəsilə elektron ərizələrini doldurur, tələb olunan sənədləri təhsil aldıqları tədris müəssisəsinin yerləşdiyi rayonda fəaliyyət göstərən SQK-ya təqdim edərək ərizələrini təsdiq etdirirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər.
Abituriyentlərin ərizələrinin qəbulu internet vasitəsilə aşağıdakı qaydada aparılır:
Abituriyentlər TQDK-nın İnternet saytının müvafiq səhifəsində (www.tqdk.gov.az/erizeumumiorta2012) şəxsiyyət vəsiqəsinin seriyasını, nömrəsini və PİN kodunu daxil etməklə qeydiyyatdan keçir, iş nömrəsi və şifr əldə edirlər. Sonra iş nömrəsi və şifrdən istifadə etməklə “Abituriyentin elektron ərizəsi” formasına daxil olur və onu dol­dururlar.
Bundan sonra abituriyentlər tələb olunan sənədləri aşağıdakı SQK-lara təqdim etməklə ərizələrini təsdiq etdirirlər:
Bakı şəhəri:
Binəqədi rayonu – 248 saylı məktəb (İ.Dadaşov küç., 70); 115 saylı məktəb (Azadlıq pr., 183); 297 saylı məktəb (Y. Hüseynov küç., 7-ci döngə); Xətai rayonu – 95 saylı məktəb (Qaçaq Nəbi küç., 13); 58 saylı məktəb (A.Novruzov küç.,31); 249 saylı məktəb (Gəncə prospekti,14); Nəsimi rayonu – 19 saylı məktəb (A.Mustafayev küç., 20);151 saylı məktəb (Dağıstan küç., 36) Səbail rayonu – 190 saylı məktəb (Nigar Rəfibəyli küç., 8); 51 saylı məktəb ( 20-ci sahə, Ö.F.Nemanzadə, 13) ; Sabunçu rayonu – 307 saylı məktəb (Zabrat qəs., Axundov küç., 55); 94 saylı məktəb (Bakıxanov qəs., Ruhulla Axundov küç.,9) Qaradağ rayonu – 139 saylı məktəb (Lökbatan qəs. N.Gəncəvi küç., 1,); Xəzər rayonu – 136 saylı məktəb (Binə qəs. H.Hasilov küç.,1); Nizami rayonu – 220 saylı məktəb (E.Süleymanov küç., 120); 10 saylı məktəb (İ.Məmmədov küç., 9); Nərimanov rayonu – 47 saylı məktəb (Azadlıq prospekti, 139); 193 saylı məktəb (H.X.Məmmədov küç., 11); Yasamal rayonu – 13 saylı məktəb (A.Şərifzadə küç.,173); 225 saylı məktəb (Ə.Ələkbərov küç,507/511 məhəllə);; Suraxanı rayonu – 85 saylı məktəb (Suraxanı qəs. 5-ci mədən, Xanlar Ələkbərov küç., 18); 285 saylı məktəb (Günəşli qəs. “Q” yaşayış massivi, S.Cəfərov küç).

Digər rayonlar (şəhərlər): Rayon (Şəhər) Təhsil Şöbəsi.
Əcnəbilər, vətəndaşlığı olmayan və təhsilini xaricdə almış şəxslər sənədlərini TQDK-da və TQDK-nın Regional bölmələrində yaradılmış SQK-ya təqdim etməklə ərizələrini təsdiq etdirirlər:
TQDK-nın Naxçıvan MR Regional Bölməsi (Naxçıvan ş., Nizami küç. 10,); TQDK-nın Gəncə Regional Bölməsi (Gəncə ş., H.Əliyev meydanı İnzibati bina); TQDK-nın Quba Regional Şöbəsi (Quba ş., Fətəlixan küç. 8); TQDK-nın Şəki Regional Şöbəsi (Şəki ş., M.Ə.Rəsulzadə pr. 182); TQDK-nın Lənkəran Regional Bölməsi (Lənkəran ş., H.Aslanov xiyabanı 52).

Abituriyentlər SQK-ya aşağıdakı sə­nəd­ləri təq­dim edirlər:

internet vasitəsilə qeydiyyatdan keçərkən əldə etdiyi iş nömrəsi və şifrini;
ümumi orta təhsil haqqında sənədin əslini; şəxsiyyəti təsdiq edən sənədin əslini:
Azərbaycan respublikasının vətəndəşları (16 yaşı tamam olmayan vətəndaşlar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış vətəndaşlar və onların ailə üzüvləri isə qaçqın vəsiqələrini;

16 yaşı iyulun 24-dək tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları qeyd olunan sənədlərlə yanaşı təhsil aldıqları müəssisədən fotoşəkli olan arayış (www.tqdk.gov.az/erizeumumiorta2012 internet ünvanından əldə etmək olar) və yeni çəkilmiş 3×4 sm ölçüdə 1 ədəd fotoşəkli.

Hər bir abituriyent eyni zamanda müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödəniş­li əsaslarla olan 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və abituriyent müsabi­qədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən abituriyent ümumi qaydada TQDK-nın internet saytının müvafiq səhifəsində qeydiyyatdan keçərək iş nömrəsi və şifr əldə etməlidir. Bundan sonra abituriyent:

– avqustun 1-dən 10-dək Seçmə Turda iştirak etmək üçün qeydiyyatdan keçməlidir (Seçmə Tura Qeydiyyat Komissiyaları hər gün saat 9-dan 17-dək fəaliyyət göstərirlər). Qeydiyyatdan keçmiş abituriyentə seçmə turun keçirildiyi müəssisənin ünvanı, tarixi və vaxtı yazılmış “Seçmə tura buraxılış vərəqəsi” verilir;

– avqustun 12-dən 22-dək seçmə turda iştirak etməlidir (seçmə turlar Tələbə Qəbulu üzrə Dövlət Komis­siya­sı­nın təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən mər­kəz­ləşdirilmiş qaydada keçirilir);

– seçmə turda iştirak etdikdən sonra avqustun 24-dək müvafiq SQK- da ərizəsini təsdiq etdirməlidir.

Xüsusi qabiliyyət tələb edən ixtisası yalnız seçmə tur zamanı müvafiq yoxlamadan “məqbul” alan abituriyent seçə bilər.

Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.

İmtahanda iştirak etmək üçün abitu­riyentə müəyyən olunmuş tarixdə internetdən “İmtahana buraxılış və­rəqəsi”ni çap edir.

Abituriyentlər ana dili, Azərbaycan tarixi və riyaziyyat fənlərindən imtahan verirlər. İmtahanda abituriyentlərə hər fəndən 15 sual təqdim olunur. Test tapşırıqlarının cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.
Rus bölməsinin abituriyentləri “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa əsasən ana dili fənn bloku daxilində rus dili fənni ilə yanaşı Azərbaycan dili fənnindən də imtahan suallarına cavab verirlər. Rus bölməsinin abituriyentlərinə Azərbaycan dili fənnindən 5, rus dilindən 10 sual təqdim olunur.

Qeyd edək ki, cari tədris ilində ümumi orta təhsil bazasında (9 illik) 47 orta ixtisas təhsili müəssisəsinə qəbul aparılacaqdır. Ayrılmış plan yerlərinin sayı 10404-dır. Onlardan 4866 dövlət sifarişi üzrə, 5538 yer isə ödənişli əsaslarladır.
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulla bağlı ətraflı məlumat, o cümlədən qəbul aparılan ixtisasların siyahısı “Abituriyent” jurnalının 4-cü sayında təqdim olunur.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*