Home » Sosial, Təhsil sektoru, Ümumi » Orta ixtisas təhsili müəssisələrinə imtahan verəcək abituriyentlərin nəzərinə!


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Orta ixtisas təhsili müəssisələrinə imtahan verəcək abituriyentlərin nəzərinə!

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012-ci il sentyabrın 2-də cari tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirəcəkdir. AgahMedia.Com informasiya portalının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinə istinadən məlumatına görə, Abituriyentlər avqustun 28-i saat 12:30-dan etibarən TQDK-nın internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
Abituriyent imtahana gələrkən mütləq aşağıdakı sənədləri özü ilə gətirməlidir:
– İmtahana buraxılış vərəqəsini;
– Şəxsiyyəti təsdiq edən sənədin əslini:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan vətəndaşlar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
– 16 yaşı iyulun 24-dək tamam olmayan şəxslər, digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkli olan arayışı (Əlavə 1, Bax: ”Abituriyent”№ 4).
Qəbul imtahanı Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmaz şəhərlərində keçiriləcəkdir.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*