Home » Biznes sfera və iqtisadiyyat, Texno, Ümumi » Onlayn reklam bazarının həcmində ciddi artım gözlənilir

Onlayn reklam bazarının həcmində ciddi artım gözlənilir

2011-ci iliyin yekunlarına görə Amerikada onlayn reklam bazarının həcmi ötən ilin göstəricilərinə nisbətən 20 faiz artaraq 31,3 milyard dollar təşkil edəcək. Bu proqnozları eMarketer analitik agentliyi təqdim edib.
Agentliyin mütəxəssislərinin fikrincə 2015-ci ilə kimi Şəbəkə reklam xərcləri 50 milyard dollar civarında olacaq. AgahMedia.Com portalının Rabitə Və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, mayın əvvəlində BIA/Kelsey tədqiqat şirkəti proqnoz vermişdi ki, 2015-ci ilə kimi təkcə sosial media sahəsində reklama $8,3 milyard xərclənəcək.
eMarketer-in məlumatlarında qeyd olunur ki, cari ildə ən sürətli artım video-reklam seqmentində müşahidə olunmalıdır – təxminən 52,1 faiz. Banner reklamına çəkilən xərclər isə 22,1 faiz artaraq 7,6 milyard dollar təşkil edəcək. Axtarış seqmentində bu göstəricinin 19,8 faiz artaraq $14,38 milyard olacağı proqnozlaşdırılır.
İnteraktiv Reklam Bürosu (Interactive Advertising Bureau) və PricewaterhouseCoopers şirkətinin cari ilin birinci rübünün yekunları üzrə təqdim etdiyi birgə hesabata əsasən 2011-ci ilin ilk üç ayı ərzində Birləşmiş Ştatlarda reklamverənlər internetdəki fəaliyyətlərinə ümumilikdə 7,3 milyard dollar xərcləyiblər.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*