Home » Beynəlxalq, Siyasət, Ümumi » Obama ilə Medvedev Qırğızıstanı müzakirə etdilər

Obama ilə Medvedev Qırğızıstanı müzakirə etdilər

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Rusiya prezidenti Dmitri Medvedevin ABŞ lideri Barak Obamayla görüşündə Qırğızıstan mövzusu başlıca müzakirə obyektlərindən olub.

Barak Obama bəyan edib ki, Qırğızıstanda sülhməramlı əməliyyat hansısa dövlətin bayrağı altında yox, beynəlxalq cəmiyyətin bayrağı altında həyata keçirilməlidir. Öz növbəsində prezident Medvedev bəyan edib ki, Rusiayanın Qırğızıstana öz sülhməramlılarını göndərmək niyyəti yoxdur, ancaq gələcəkdə vəziyyət müxtəlif gür inkişaf edə bilər. Dmitri Medvedevlə görüşdən sonra ABŞ prezidenti Barak Obama bildirib ki, Qırğızıstana hadisələrin inkişafını böyük diqqətlə izləyir. Habelə prezidentə görə, Qırğızıstanda mülki əhalinin qorunmasına yönəlmiş hərəkətlər beynəlxalq cəmiyyətin bayrağı alrtında həyata keçirilməlidir, bir ölkənin bayrağı altında yox. Barak Obamaya görə, hazırda Qırğızıstanla bağlı Rusiyayla ABŞ arasında yüksək koordinasiya var. Öz növbəsində Dmitri Medvedev bəyan edib ki, Qırğızıstan qayda qanunu özü yaratmalıdır: “Qayda qanunun yaradılması üçün qüc metodlarının istifadə olunması mümkünlüyünə qalsa, məncə, Qırğızıstan problemlərin öhdəsindən özü gəlməlidir. Rusiya Federasiyası ora öz ayrıca sülhməramlı qüvvələrini göndərməyi nə planlaşdırıb nə də planlaşdırır “, – deyib prezident Medvedev.
Eyni zamanda prezident Medvedevə görə, Kollektiv Təhlükəsizlik Təşkilatı Müqaviləsi çərçivəsində sülhməramlı qüvvələrin yeridilməsi məsələsi müzakirə edilib. Hələlik Rusiya liderinə görə, bu qüvvələrin yeridilməsinə ehtiyac yoxdur, ancaq vəziyyət müxtəlif gür inkişaf edə bilər.
Moskvalı şərhçi Vladimir Yevseyevə görə, əgər sülhmərəmlı qüvvələrin yeridilməsi məqamına çatsa Rusiya çox guman hər şeyi Kollektiv Təhlükəsizlik Təşkilatı Müqaviləsi çərçivəsində etmək istəyəcək. Prezident Obamanın bəyanatı isə, görünür, ABŞ-ın məsələyə bir qədər fərqli yanaşdığını göstərir:
“Məncə, prezident Obama öz bəyanatıyla yumşaq şəkildə göstərir ki, əgər əməliyyat olsa onu deyək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yox, BMT eqidası altında həyata keçirmək olardı. ABŞ belə bir reallıqdan çıxış edir ki, Qırğızıstanda vəziyyətə Rusiyadan başqa ABŞ-la Çin də təsir edir və bu baxımdan onlardan ancaq biri təkbaşına orada qayda qanun yaratmamalıdır. Əlbəttə ABŞ-ın özü də işə silahlı müdaxilə etmək fikrində deyil, amma ona bu işin maksimum geniş təmsilçiliklə həyata keçirilməsi lazımdır. Amma, məncə, deyək, hətta BMT bayrağı altında olan sülhməramlılara Rusiya qarşı çıxacaq, beləki, bu istər istəməz onun nüfuzunun məhdudlaşdırılmasına gətirəcək”, – deyir Vladimir Yevseyev.
Eyni zamanda hazırkı məqamda həm Rusiya rəsmiləri, həm də əksər müstəqil şərhçilər bildirirlər ki, Moskva Qırğızıstandakı hadisələrə hərbi müdaxilə etmək istəmir. Bunun 2 əsas səbəbini şərhçi Vladimir Yevseyev belə görür: “Qoşunların yeridilməsi Qırğızıstan əhalisinin bir hissəsinin onlara işğalçı kimi yanaşmasına səbəb ola bilər. İkincisi isə Rusiya özbəklərlə qırğızların münasibətlərinə qarışmaq istəmir, o burada növbəti Dağlıq Qarabağ qazanmaq istəmir “, – deyir Vladimir Yevseyev.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*