Home » Beynəlxalq, Ümumi » Obama Əhmədinejadın nitqini tənqid etdi


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Obama Əhmədinejadın nitqini tənqid etdi

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Amerika prezidenti Barak Obama İran prezidenti Mahmud Əhmədinejadın 11 sentyabr hücumları barədə iddialarını “nifrətlə dolu” və “təhqiramiz” kimi təsvir edib. BBC-nin Fars televiziyasına eksklüziv müsahibədə Obama deyib ki, belə sözləri qurbanların əksəriyyətinin həlak olduğu Nyu Yorkda demək bağışlanılmazdır. Bununla belə, Amerika prezidenti ölkəsinin öz sözünü İran xalqına çatdırmaq niyyətində olduğunu və İran xalqının 11 sentyabr hadisələri barədə tamamilə fərqli fikirdə olduğunu deyib. O, deyib ki, hadisələrdən sonra İran xalqının qurbanların xatirəsinə keçirdiyi mərasimlər “adamlarla İran rəhbərliyi arasında nə qədər böyük bir fərqin olduğunu göstərdi. ” İranın nüvə proqramı barədə danışarkən, prezident Obama beynəlxalq sanksiyaları müdafiə etdi: “Biz iranlıları öz arzumuzla cəzalandırmaq istəmirik. Bu İran hökumətinin öz xalqının maraqlarına xain çıxmasına görə baş verir. Sanksiyaların əksər hissəsi rejimə, hərbiyyəyə qarşı yönəlib.”
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*