Home » Beynəlxalq, Siyasət, Ümumi » Nobel mərasimini boykot edən ölkələr çoxalır

Nobel mərasimini boykot edən ölkələr çoxalır

Çin və 18 başqa ölkə deyiblər ki, cümə günü Nobel Sülh Mükafatının təqdim olunması mərasimində iştirak etməyəcəklər. Beləki, həmin mükafata çinli disident Liu Xiaobo layiq görülüb. Bu barədə Norveçin Nobel Komitəsi yayıb.

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, 44 dövlətin sıralarına qoşulmayacaq ölkələr arasında Rusiya, Səudiyyə Ərəbistanı, Pakistan, İraq və İranın adlarını çəkmək olar. Çin rəsmilərindən biri “böyük əksəriyyətin” mərasimə qatılmayacağını söyləyib.
Nobel Komitəsi cənab Liunu Çində insan haqları uğrunda mübarizənin “ən əsas rəmzi” adlandırır.
Boykota qoşulanlar arasında Qazaxıstan, Tunis, Serbiya, Ukrayna və Kuba da var.
BMT-nin baş insan haqları rəsmisi Navi Pillay mərasimə getməyəcəyini deməsinə görə tənqid olunub.
Liu 1989-cu ildə Tyananmen Meydanı etirazlarında əsas fiqurlardan biri idi.
Ötən il o Xartiya 08 adlı sənədi yazmasına görə 11 illik həbs cəzası almışdı. Həmin deklarasiyada Liu Çində çoxpartiyalı sistemin yaradılmasına səsləyirdi.
Nə onun özü, nə də ailə üzvləri mükafatı şəxsən ala bilməyəcək.
Həyat yoldaşı Liu Xia mükafat barədə elan ediləndən bəri ev həbsi şəraitində yaşayır.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*