Home » Biznes sfera və iqtisadiyyat, Bölgələr, Sosial, Ümumi » Neft şirkətləri Azərbaycanda arıçılığın inkişafına dəstək verəcəklər…

Neft şirkətləri Azərbaycanda arıçılığın inkişafına dəstək verəcəklər…

BP və onun “Azəri-Çıraq-Günəşli” (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), “Şahdəniz” (ŞD) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları Azərbaycanda kənd icmalarında arıçılığın, bu sahədə bacarıqların, tədqiqat və elmin inkişafına dəstək verən “Şirin Qızıl” layihəsini təqdim ediblər.

AgahMedia.Com informasiya portalının AzərTAc -a istinadən məlumatına görə, layihənin təqdimatı bu ilin mart ayında 18 icmada başlanmış bir illik pilot fazanın uğurlu irəliləyişinə əsaslanır. Onun məqsədi rəqabətqabiliyyətli balçılıq təsərrüfatları yaratmaq üçün seçilmiş icma üzvlərini lazımi resurslar və bacarıqlarla təmin etməkdir.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib: “Bu layihə BP və tərəfdaşlarının qonşuluğumuzdakı icmalarda gəlir imkanlarının artırılmasına yardım etmək səylərinin bir hissəsidir. Düzgün resurslar və iş bilgisi olarsa, arıçılıq əhəmiyyətli gəlir gətirən bir sahədir. Biz burada hər iki aspekti – yəni həm ən zəruri avadanlıq və alətlərin təmin olunmasını, həm də arıçılıq fəaliyyətinin idarə edilməsi üçün potensialın yaradılmasını diqqətə götürmüşük. Daha geniş kontekstdə isə, bu layihə hökumətin digər qeyri-neft sektorları ilə yanaşı kənd təsərrüfatı sahəsini inkişaf etdirmək səylərinə dəstəkdir. Ümid edirik ki, layihə kənd icmalarında gəlir gətirməklə və yeni bacarıqlar yaratmaqla öz məqsədinə nail olacaq.”

Kənd təsərrüfatı naziri Heydər Əsədov isə layihənin əhəmiyyətindən danışıb. O bildirib ki, layihənin məqsədi icmalardakı arıçılıq təsərrüfatlarının inkişafına dəstək olmaqdır.
Məlumat verilib ki, bu vaxtadək pilot faza çərçivəsində Yevlax, Samux və Şəmkir rayonlarındakı kəndlərdə 100 arıçılıq təsərrüfatı fəaliyyətə başlayıb.

Layihənin bir hissəsi olaraq hər təsərrüfat 15 arı pətəyi, 10 arı ailəsi, digər tələb olunan avadanlıqlar və alətlərlə təmin edilib və Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən ixtisaslaşmış təlimlər keçirilib. Bu layihə çərçivəsində, həmçinin Dianna Sammataronun “Arıçılıq kitabı” – arıçılar üçün dünyada məşhur bələdçi kitab – Azərbaycan dilinə tərcümə edilib və nəşr olunub.

İkinci fazada layihənin genişləndirilməsi və sosial investisiyanın artırılması nəzərdə tutulur və bu faza 2020-ci ilədək davam edəcək. Bu fazada BTC və CQBK boru kəmərləri boyunca yerləşən altı rayonda – Yevlax, Samux, Goranboy, Şəmkir, Tovuz və Ağstafa rayonlarında əlavə 600 arıçının yetişdiriləcəyi gözlənilir.

Layihə nəticəsində, həmçinin bal arısı xəstəliklərinin idarə olunmasını və balın keyfiyyətini yaxşılaşdırmaq üçün Azərbaycan Dövlət Aqrar Universitetində ixtisaslaşmış laboratoriyanın yaradılması, bal arıları üçün nektar mənbəyi olacaq 60 min ağacın əkilməsi, arıçılıq sahəsində əlavə üç kitabın (bal arılarının və ana arıların yetişdirilməsi, bal arılarının ziyanvericiləri və xəstəlikləri) tərcümə olunması və çap edilməsi və Gəncə-Qazax iqtisadi rayonunun nektar xəritəsinin hazırlanması gözlənilir.

Layihəni yerli şirkət olan “Puls-R” icra edir. Layihənin ümumi dəyəri pilot faza üçün təxminən 400 min manat və ikinci faza üçün isə təxminən 2 milyon 900 min manat təşkil edir.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*