Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Neft ucuzlaşır

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Liviyada üsyançılar paytaxt Tripoliyə daxil olduqdan sonra dünyada neftin qiyməti, münaqişənin sona çatması spekulyasiyalarına görə aşağı düşüb.
Brent xam neftinin fyuçers kontraktlarında neftin qiyməti 1.7 fazi enərək bir barel üçün 106.8 dollar olub, ABŞ-da Light markarlı neftin qiyməti isə sabit qalıb və bir barel üçün 82.9 dollar olub.
Bazarlar ümid edir ki, münaqişənin başa çatması ilə Liviyanın neft ixracı bərpa olunacaq, bu isə qlobal təchizatı artıracaq.
Liviya dünyanın 12-ci böyük neft ixcracatçısıdır.
Təhlilçilər Liviyada siyasi vəziyyət düzəldikcə, qiymətlərin daha da enəcəyinə ümid bəsləyir.
Münaqişə başlamazadan öncə Liviya gündə 1.6 milyon barel xam neft istehsal edirdi. Bu isə dünya üzrə neft istehsalının 2 faizi demək idi.
Amma ölkədə siyasi iğtişaşlar güclənəndə, neft istehsalı və qlobal neft təchizatı azaldı.
Təhlilçilər deyir ki, münaqişə həll olunarsa, istehsal rəqəmləri yenidən artacaq.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*