Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Şou biznes və Mədəniyyət, Ümumi » Nazirlikdən sərt addım: Kameralar quraşdırıldı…

Nazirlikdən sərt addım: Kameralar quraşdırıldı…

“Bütün restoranlarda – şadlıq evlərində kameralar quraşdırılıb. Qeydiyyat kitabları da paylanılıb”. AgahMedia.Com informasiya portalının “ANS Press”ə istinadən məlumatına görə, bu addım yüksək qiymətə toy mərasimlərinə qatılan müğənnilərin vergidən yayınmasının qarşısını almaq üçün atılıb.

Vergilər nazirinin müavini Sahib Ələkbərov bu məsələlərə nəzarətin restoran administrasiyası tərəfindən həyata keçirilməli olduğunu deyib. “Müğənni həmin dəftərə aldığı qonorarın məbləğini yazmalıdır. 12 min manata toya gedən müğənni vergiyə 20-30 manat ödəniş edir. Biz bunu araşdıracağıq, görək niyə belə az məbləğ ödəyir”.

Nazir müavini bildirib ki, Azərbaycanda vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulanların iki siyahısı hazırlanıb. Ad açıqlanmasa da onların arasında müğənnilərin də olduğu deyilib. Bunların birində 114, digərində 188 nəfərin adı qeyd edilib. “Vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulan müğənnilərin sayının artacağı istisna edilmir”.

S.Ələkbərov bu ilin ikinci rübü üçün vergi proqnozları da açıqlayıb. Bu rəqəm 1.5 milyard manatdan artıqdır. Nazir müavini bildirib ki, ikinci rübdə bu proqnozun tam şəkildə qarşılanacağı planlaşdırılıb.

Bundan başqa Azərbaycanda yanvar-fevral aylarında açılan, bağlanan və ləğv edilən obyektlərin sayı açıqlanıb. Qurum rəsmisi qeyd edib ki, həmin müddət ərzində 22 min 859 yeni obyekt açılıb, 5537 obyektin lisenziyası ləğv edilib, 21 min 598 obyektin fəaliyyəti dayandırılıb, 10 min 474 obyekt isə fəaliyyətini bərpa edib.

“Hazırda vergi borclarının həcmi 30% azalıb. Əgər ötən ilin sonunda vergi borcu 2,4 milard manat idisə, bu il martın sonuna qədər olan məlumata görə, bu rəqəm 1,6 mlrd. manata düşüb”.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*