Home » Sosial, Ümumi » Nazirlik rəisi 2500 manat cərimələdi
 Ucuz təyyarə biletləri və sərfəli otellər burda…

Nazirlik rəisi 2500 manat cərimələdi

AgahMedia.Com informasiya portalının Ekologiya və Təbii Sərvətlər Nazirliyindən aldığı məlumata görə, Hövsan qəsəbəsində çirkab suların dənizə axıdılması ilə bağlı daxil olmuş şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb və Bağlar massivi adlanan ərazidə fərdi yaşayış evlərində formalaşan çirkab suların birbaşa Xəzər dənizinə axıdılması faktı öz təsdiqini tapıb.

Faktla bağlı əraziyə xidmət göstərən Suraxanı Su-Kanal idarəsinin rəisi Əbulfəz Kərimzadə barəsində akt və protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunub. Mövcud çatışmazlıqların təcili aradan qaldırılması üçün Suraxanı Su-Kanal idarəsininə icrası məcburi olan “Məcburi göstəriş” verilib.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*