Home » Siyasət, Ümumi » Nazir əsgərliyə çağırışın dayandırılmasını təklif etdi

Nazir əsgərliyə çağırışın dayandırılmasını təklif etdi

AgahMedia.Com portalının BBC -yə istinadən məlumatına görə,Almaniyanın Bundesver silahlı qüvvələri 1950-ci ildə yaradılandan bəri ilk dəfə olaraq məcburi hərbi xidmətin ləğv olunmasına dair təkliflər var.

Bu ölkənin silahlı qüvvələrinin azaldılmasının bir hissəsi olaraq təklif edilir. Bu plan Almaniya üçün nə deməkdir. İndi ölkədə bu məsələ müzakirə olunur.Onlar əsgərliyə 18 yaşından çağırılırlar və Bundesver, yəni, Almaniya silahlı qüvvələrində 6 ay xidmət edirlər.
Yeni əsgərlər hərbi xidmətin onlar üçün heç də çətin olmadığını deyirlər: “Bu, mənim üçün yeni bir təcrübədir, xoşuma gəlir. Burada nizam-intizama öyrənirsən. İdman, təlim, atışma. Mən, əsgərəm”.
Yeni əsgərlər zabitlərinin nəzarəti altında təlim keçirlər. Komandir Stefan Shaper deyir ki, əsgərlikdən hamı nəsə qazanır: “Onlar buraya məktəbdən gəlirlər və bir çoxları üçün bu, ilk dəfədir ki, onlar özləri özlərinə baxmalıdırlar, özlərinə görə məsüliyyət daşımalıdırlar. Məncə, əsgərliyə çağırış çox faydalı bir şeydir, və bu Alman silahlı qüvvələrinin bir hissəsi olaraq qalmalıdır”.
Lakin komandir Şaperin hökuməti tam başqa fikirdədir. Almaniyanın Müdafiə naziri Karl Teodor Quttenberq əsgərliyə çağırışın dayandırılmasını təklif edib. Nazirin sözçüsü Elke Hoff:
“Çağırış ordunun fəaliyyətində artıq elə böyük rol oynamır. Bu, faydadan daha çox bir yükə cevrilib. Peşəkar hərbçilərin üçdə bir hissəsi yeni əsgərlərin təlimi ilə məşğuldur, 6 aydan sonra isə həmin uşaqlar evə qayıdır”.
Bununla belə, keçmişdə orduya çağırış Almaniyada böyük dəstəyə malik idi. Yazıçı İngo Şults bunun səbələrini belə açıqlayır: “Məncə, İkinci Dünya müharibəsindən sonra almanlar orduya bir şübhə ilə yanaşır. Mənim özüm də daxil olmaqla, bir çox adam fikirləşir ki, məcburi ordu xidməti professional ordudan daha yaxşıdır, yəni, əsgərliyə öz uşağlarımız gedir, xalq nəzarəti altında olan ordu isə daha yaxşı ordudur”.
Lakin ordu xidməti ilə bağlı böyük bir problem var: maliyyə problemi. Yeni əsgərləri təlim etmək üçün ildə yüz milyonlarlar avro xərclənir, və bu, bir neçə aydan sonra həmin əsgərləri evə buraxmaq üçün. Üstə gəl, ölkə, büdjə kəsirləri ilə üzləşir. Hökumət nəinki milli ordu xidmətini dayandırmaq, habelə alman qüvvələrinin sayını 30 faizdən çox azaltmaq istəyir. Müdafiə nazirinin dediyi kimi, kiçik, lakin daha yaxşı. Təəcüblü deyil ki, bu planlar bir mənalı qarşılanmır. Xarici Əlaqələr üzrə Şuranın müdafiə eksperti Svenya Sinyen. “Alman siyasətçiləri pul qənaət etmək dəlisidirlər. Qorxuram ki, son nəticədə biz, strateji ehtiyaclar yox, büdjə əsasında təşkil edilmiş bir orduya malik olacağıq”. Soyuq müharibə dövrünün münaqişələri artıq keçmişdə qalıb. Bugünlər biz elə bir vəziyyətdəyik ki, uzaqlarda vuruşmalı oluruq. Bizə çox peşəkar hərbi bölmələr lazımdır, amma bu demək deyil ki, bu bölmələr kiçik olmalıdır. Əfqanıstan kimi münaqişələr göstərir ki, bizim çəkməmiz möhkəm möhkəm olmalıdır. Bizə çox sayda təyyarələr, helikopterlər lazımdır. Alman hökumətinin bu kimi xərclərə gedib-getməyəcyi isə bəlli deyil. Soyuq müharibə dövründən sonrakı tələbatlara cavab vermək üçün öz ordu silahlarını neçə təşkil etmək ətrafında mübahisələr bütöv Avropa boyunca gedir və Avropa ölkələrinin bir çoxu ictimai xərclərin ixtisarı fonunda ordularında artıq dəyişikliklərə başlayıb.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*