Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Siyasət, Ümumi » Nabukkoya 4milyard avro ayrıdı


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Nabukkoya 4milyard avro ayrıdı

Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası Nabukko qaz kəməri layihəsinin qiymətləndirilməsi prosesinin başlanmasına dair mandat məktubu imzalayıblar.Bu, kəmərin tikintisinin maliyyələşdirilmsəi üçün lazım olan 4 milyard avronun ayrılmasına doğru bir addım deməkdir. Yəni bu beynəlxalq maliyyə qurumları həmin məbləğin ayrılması üçün layihənin qiymətləndirilməsinə başlayacaqlar.
Nabukko qaz kəməri Avropa İttifaqının qaz ehtiyatlarının təmin olunması üçün mühüm layihə hesab olunur. Maliyyə qurumları tərəfindən belə bir addımın atılması Nabukko layihəsi üçün nə deməkdir?
AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Nabukko Qaz Kəməri şirkətinin sözçüsü Kristian Dolejala bildirir ki,bu məktubun imzalanması Nabukko layihəsi üçün çox mühüm bir məqamdır, çünki bu layihənin yeni mərhələyə daxil olması deməkdir. Bu o deməkdir ki, Dünya Bankı, Avropa Bankı, Avropa İnvestisiya bankı kimi ən iri maliyyə təsisatları layihədə iştiraklarını təsdiq edirlər.
Söhbət 4 milyard avroya kimi bir məbləğin layihəyə ayrılmasından gedir və bu məbləğin ayrılması üçün dəyərləndirmə prosesi başlayır. Buna görə də mandat məktubunun imzalanması Nabukko layihəsinin reallaşdırılmasında çox mühüm bir addımdır.
Sual: Bəli, irəli doğru addımdır, amma bundan sonra siz nəyə nail olmağa ümid edirsiz?
Bizim Şahdəniz yatağından almağa ümid etdiyimiz qaz həcmləri yerindədir, buna görə də Azərbaycanın qaz sövdələşmələrinin bizim layihəyə təsiri yoxdur. Növbəti addım layihəyə dəstək razılığının imzalanmasıdır. Bu sentyabrın sonu, oktyabrın əvvəllərinə nəzərdə tutulur.Bu hüquqi baxımdan mühüm irəliləyiş olacaq. Biz hazırda “açıq mövsüm” prosesinə hazırlıq işləri aparırıq ki, bu da çox vacib bir səddin aşılması olacaq. Bütün bunlar bizim konsortsiumun səhmdarlarının öz aralarında apardıqları, eləcə də təchizatçı dövlətlərlə aparılan danışıqlarından asılı olacaq. Bu sahədə də yaxın aylarda tərəqqinin əldə ediləcəyini gözləyirik.
Sual: Amma Azərbaycan bu yaxınlarda öz qazının daha da böyük hissəsini Rusiyaya satmağa razılıq verib. Bu sizin planlarınıza təsir edirmi, apardığınız işlərin sürətini artırmağa səbəb olurmu?
Yox, bu Nabukkoya dair planlarımıza təsir etmir. Dediyim ki, səhmdarlar təchizatçı dövlətlərlə danışıqlar aparır, biz isə infrastruktur kimi, təminatçı kimi təchizat məsələlərinə dair danışıqlarda iştirak etmirik. Lakin təbii ki, hər bir tərəf öz bazarına satır və başa düşüləndir ki, Azərbaycan başqa partnyorlarına qaz satır. Amma Nabukko layihəsi üçün tələb olunan qaz həcmləri bundan xeyli böyükdür. Biz bilirik ki, Şahdəniz qaz yatağındakı ehtiyatlar nəhəngdir. Bizim Şahdəniz yatağından almağa ümid etdiyimiz qaz həcmləri yerindədir, buna görə də Azərbaycanın qaz sövdələşmələrinin bizim layihəyə təsiri yoxdur.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*