Home » Maraqlı, Şou biznes və Mədəniyyət, Ümumi » Musa Musayev və Təranə Qumral cütlüyündən növbəti şok açıqlama
 Ucuz təyyarə biletləri və sərfəli otellər burda…

Musa Musayev və Təranə Qumral cütlüyündən növbəti şok açıqlama

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Musa_ve_Terane

Ötən həftənin ən səsli-küylü qalmaqalının səbəbkarları Musa Musayev və Təranə Qumral cütlüyü “Günə Baxan” verilişində bir-birinin ardınca şok açıqlamalar verib. AgahMedia.Com informasiya portalı “ANS PRESS”-ə istinadən cütlüyün verilişdəki ən maraqlı açıqlamalarını təqdim edir:
Təranə Qumral: “Elə bu qalmaqaldan sonra da dəfələrlə birlikdə toylara getmişik. Bu ayın 25-də də Musa ilə birlikdə toydayıq. Sentyabr ayınadək sifarişimiz var. Bir sözlə, antireklam olsa da Cabbar özü də istəmədən bizə böyük yaxşılıq elədi. Cabbara buradan təşəkkürümü bildirirəm”.
Musa Musayev: “Əli də, Cabbar da gedib öz ailələrinin dərdini çəksillər. Bizimlə işləri olmasın. Elə məni qızışdıran da onlar oldu. Mən Təranəni yataqda tutub eləməmişəm. Boynuma alıram, acığımdan onu şərlədim. Elə onlar məni başa saldılar ki, belə desən daha yaxşı olar. Ağlım başımda olmayıb, bir qələtdi eləmişəm. Mən hirslənəndə nə danışdığımı bilmirəm. Onlar mənim bu vəziyyətimdən istifadə etdilər”.
Təranə Qumral: “Biz Musa ilə nəinki 17 il, 20 ildən artıqdı birlikdəyik. Biz ailədən çox Musa ilə dostuq. Onu ailəsi atanda mən tutmuşam. Ailəsi bizi çox ayırmaq istədilər. Hətta bir dəfə Musanı aparıb evləndirdilər də. Nəticəsi nə oldu? Musa mənsiz yaşaya bilmir. Yenə də qayıdıb yanıma gəldi.”
Musa Musayev: “Təranə mənə hər kəsdən yaxın olub. İçki düşkünü idim, Təranə məni bu bəladan xilas etdi. Təranə mənim qarşıma şərt qoydu. “Ya mən, ya da ki içki” dedi və mən də onu seçdim. İndi 15 ildir içkidən uzağam. Nə qazanmışamsa Təranə ilə qazanmışam. Təranə gözəl insandır.”
Təranə Qumral: “Musa birinci dəfə deyil ki, evdən küsüb gedir. Onun xasiyyəti belədir. Nə isə xoşuna gəlməsə qapını çırpıb gedəcək. Amma hara getsə də geri dönür. Musanı məndən yaxşı tanıyan yoxdur. Sizə onu da deyim ki, əgər Musa məni mətbuatda yazıldığı kimi tutsaydı öldürərdi. O, əsəbiləşəndə özünü bilmir”.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*