Home » Şou biznes və Mədəniyyət, Ümumi » Müğənni Üzeyir Röya Ayxana bənzədilən duet ortağını tamaşaçılara təqdim edəcək

Müğənni Üzeyir Röya Ayxana bənzədilən duet ortağını tamaşaçılara təqdim edəcək

AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, müğənni Üzeyir Mehdizadə öz populyarlığını sübut etmək üçün pərəstişkarları ilə görüşə hazırlaşır. Populyar ifaçını konsertində həmkarları da tək qoymayacaq. Kimlərin qonaq qismində iştirak edəcəyini sirr saxlayan Üzeyir bir çoxlarının Röyaya bənzətdiyi duet ortağını konsertində tamaşaçılara təqdim edəcəyini söz verir.
Gənc ifaçı 27 dekabrda 2 seanslıq “Mənə gəl” adlı solo konsert proqramı ilə çıxış etməyə hazırlaşır. Konsertin birinci seansı saat 15:00-da, ikinci seansı 17:00-da olacaq. Konsert Bakı şəhəri Əl Oyunları İdman Sarayında reallaşacaq. Biletlər noyabrın 20-dən satışda olacaq. Əgər dekabrın 10-na kimi biletlər satılsa və əlavə müraciətlər olsa, təşkilatçılar 28 dekabr tarixində də 2 seanslıq konsertin keçirilməsinə şərait yaradacaqlar.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*