Home » Şou biznes və Mədəniyyət, Ümumi » Müğənniləri jurnalistlər seçəcək

Müğənniləri jurnalistlər seçəcək

Bundan sonra xarici ölkələrin radiostansiyalarında yerli media nümayəndələrinin seçdiyi azərbaycanlı müğənnilərin mahnıları müntəzəm olaraq yayımlanacaq.

AgahMedia.Com portalının”SƏS”İnformasiya Agentliyinə istinadən məlumatına görə, Bu barədə İnRadio.tv-nin rəhbəri Elxan Xanəlizadə məlumat verib. Onun sözlərinə görə, qonşu Gürcüstan və Qazaxstanın populyar radiostansiyalarında səsləndirilməsi üçün Azərbaycanın ən sevilən müğənnilərinin mahnıları seçilərək göndəriləcək. Belə ki, İnRadio yerli media nümayəndələri arasında sorğu keçirəcək və jurnalistlərin daha çox adını çəkdiyi 10 azərbaycanlı müğənninin repertuarları Gürcüstan və Qazaxstan radiolarında səsləndiriləcək. Elxanın bildirdiyinə görə, media nümayəndələri seçim edərkən onlara hər hansı bir məhdudiyyət qoyulmayacaq. Yəni, jurnalistlər əvvəlcədən tərtib olunan siyahıdan kimisə seçməyəcək, sərbəst seçimlə bəyəndikləri və xaricdə təbliğ edilməyə layiq gördükləri müğənnilərin adlarını çəkə biləcəklər. Seçimlərin nəticələrinə uyğun olaraq onluğa düşən müğənnilərin adları mediaya bildiriləcək.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*