Home » Şou biznes və Mədəniyyət, Ümumi » Müğənni Samir Dərgah rejissor Aqil M.Quliyevdən gileyləndi


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Müğənni Samir Dərgah rejissor Aqil M.Quliyevdən gileyləndi

Şou biznes aləmində “Baba” ləqəbi ilə tanınan gənc müğənni Samir Dərgah rejissor Agil M. Quliyevə klip çəkdirdiyinə peşman olub. AgahMedia.Com portalının ANS PRESS-ə istinadən məlumatına görə,müğənni Aqil. M.Quliyevin klipin pulunu alsa da, hələ də təhvil vermədiyini bildirib.İfaçı rejissora düz iki ay bundan əvvəl sifariş verdiyini deyir: “”Çal kamanım” adlı mahnıma klip çəkdirmək üçün rejissor Aqil M. Quliyevə müraciət etdim. Amma klipi görmək arzum ürəyimdə qalıb. İki gündən sonra təqdimatdır, klipdən isə əsər-əlamət yoxdur”, deyə S. Dərgah qeyd etdi.”Çal kamanım” mənim sayca 2-ci klipimdir. İstədim ki, budəfəki ekran işim fərqli olsun. Rejissor Aqili mənə çox tərifləyirdilər. Belə qərara gədim ki, klipi ona çəkdirim. Aqil pulu alanda klipi bir həftəyə təhvil verəcəyinə söz verdi. Amma bir həftə artıq iki ay olub. İki gündən sonra sözügedən klipin təqdimatıdır. Ona sabaha qədər möhlət vermişəm, əgər klipi təhvil verməsə, onunla müğənni kimi yox, “Baba” kimi söhbət edəcəm. Şou-biznes aləmində mənimlə heç kəs oyun oynaya bilməz”- deyə müğənni əlavə edib.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*