Home » Şou biznes və Mədəniyyət, Ümumi » Müğənni, rejissor Roza Zərgərli: Hər işimi sevirəm və ikisinə də sevdiyim sənət kimi baxıram


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Müğənni, rejissor Roza Zərgərli: Hər işimi sevirəm və ikisinə də sevdiyim sənət kimi baxıram

Müğənni Samira Allahverdinin “Həzrəti Məhəmməd” klipinin rejissorluğunu etməklə medianın diqqətini növbəti dəfə özünə çəkməyi bacaran tanınmış müğənni Roza Zərgərli AgahMedia.Com informasiya portalının əməkdaşına verdiyi müsahibədə həm əsas ixtisası olan rejissorluğa, həm də müğənniliyə biznesdən daha çox sənət kimi yanaşdığını və bacardığı qədər hər layihəsində peşəkarlıq nümayiş etdirməyə çalışdığını bildirib.

 

– Roza xanım, müğənni Samiranın yeni klipinin rejissoru Siz oldunuz. Necə oldu ki,əsas ixtisasınız olan rejissorluğa nəhayət ki, peşəkar kimi yanaşmaq istəyinə düşdünüz? Bu klipin rejissoru olmağınız təşəbbüsünü ilk olaraq kim irəli sürdü?

 

– Bacardığım qədər hər işimə peşəkar kimi yanaşıram. Bundan əvvəl də bir neçə klip, və bir film ərsəyə gətirmişəm. Təşəbbüs mən tərəfdən olub. Samira xanım mahnını təqdim etdi, çox bəyəndim və klip çəkmək fikrinə gəldim. Və klip göz qabağındadır.

 

– “Bundan əvvəl də bir neçə klip, və bir film ərsəyə gətirmişəm.” deyirsiniz. Hansı işlərinizdir bunlar, partnyorlar kimlər olub?

 

– Özümə bir neçə klip və Heydər Əliyev haqqında sənədli film çəkmişəm.

 

– Biznes baxımından deyil, sırf istək və xarakteristika baxımından yanaşarsaq, hansı peşə daha ürəyinizcədir və Sizin üçün daha maraqlıdır,müğənnilik yoxsa rejissorluq?

 

– Düzü mənim üçün nə rejissorluq, nə də müğənnilik biznes deyil, sənətdir. Hər işimi sevirəm, və ikisinə də sevdiyim sənət kimi baxıram.

 

– Son vaxtlar, müğənni Samira Allahverdi, modelyer Gülnarə Xəlilova və Sizin müştərək layihələrdə işbirliyiniz daha intensiv müşahidə olunur. Bu internet piarında özünü daha açıq biruzə verir. Bunlar, daha çox hər hansı bir layihə və ya layihələrə əsaslanan biznes maraqlarıdırmı, yoxsa, üç rəfiqənin dəstəkləşməsimi?

 

– Bu iş birliyidir. Klipin rejissoru mənəm, modelyeri Gülnarə xanım və adlarımızın da eyni məqalələrdə hallanması normaldır.

 

– Sizi də xarıci şou biznesə qatılmağa səy göstərən müğənnilər siyahısına aid etmək olar. Bu əsasən hansı səbəblərdən irəli gəlir? Azərbaycan şou biznesinin imkanları Sizi qane etmirmi, yoxsa “Balıq dəryada böyüyər” prinsipi ilə daha böyük arenaları hədəf alırsınız?

 

– Bu yalnız Vətənə olan sevgimdən irəli gəlir. Əsas məqsəd Vətəni təmsil etməkdir. Axı niyədə yox? Rus show biznesinə baxsaq, hər millətdən nümayəndələr var. Niyədə bizdən olmasın? Vətənimi sevən bir insan kimi bu addımları atıram…

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*