Home » Sosial, Təhsil sektoru, Ümumi » “Kaspi” müəllimləri işə dəvət edir…

“Kaspi” müəllimləri işə dəvət edir…

AgahMedia.Com informasiya portalının “Kaspi” təhsil şirkətinə istinadən məlumatına görə,  2018-2019-cu tədris ili üçün azərbaycan və rus bölmələri üzrə “Kaspi” liseylərinə, uşaq bağçalarına və hazırlıq mərkəzlərinə müəllimlərin işə qəbuluna start verilib.

“Minimum vakansiya tələbləri:

Müvafiq sahə üzrə minimum bakalavriat dərəcəsi;
Sahə üzrə ən azı 2 illik pedaqoji təcrübə;
Kaspi Abituriyent kursları üçün ən azı 2 illik repetitorluq təcrübəsi.

Tələb olunan bilik və bacarıqlar:

Peşəsinə yüksək motivasiya ilə yanaşma;
Fərdi və komandada işləmək bacarığı;
Yüksək çalışmaq və öyrətmək həvəsi;
Sinfin idarə edilməsi bacarığı;
Müxtəlif yaş qrupuna aid şagirdlərlə işləmək qabiliyyəti;
Valideynlərlə qarşılıqlı işləmək bacarığı;
Müasir təlim və tədris metodlarını tətbiq etmək bacarığı;
Bağça və Məktəbəqədər hazırlıq kursları üçün məktəbəqədər təhsil üzrə metodiki biliklər.

“Kaspi” Təhsil Şirkəti bizimlə işləməyin müqabilində sizə təklif edir:

Rəqabətə davamlı əmək haqqı;
Nahar (“Kaspi” liseylərində və “Kaspi” uşaq bağçalarında);
Fərdi inkişaf imkanları;
Tədris əsnasında müasir texnologiyalardan istifadə imkanı;
Böyük, mehriban və dəstəkləyici işçi heyəti ilə işləmək imkanı;
Yeni təklif və ideyaları irəli sürmək və reallaşdırmaq fürsəti.

İş şərtləri:

İş saatları:
“Kaspi” liseylərində: I-V günlər, 8:30-17:00 və ya saat hesabı;
“Kaspi” uşaq bağçalarında: I-V günlər, 8:00-17:00 və ya 9:00-18:00;
Kaspi Kids (Məktəbəqədər hazırlıq) kurslarında: I-V günlər, qrupların sayından asılı olaraq;
Kaspi Abituriyent kurslarında: Dərs cədvəllərindən asılı olaraq saat hesabı.

İş yeri: Bakı, Sumqayıt və Gəncə şəhərləri
Elan tarixi: 08.05.2018
Son müraciət tarixi: 20.05.2018

Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq…” İşə Müraciət Forması >>>

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*