Home » Sosial, Təhsil sektoru, Ümumi » Təhsil Nazirliyi müəllimlər üçün əlavə yerləşdirmə elan etdi

Təhsil Nazirliyi müəllimlər üçün əlavə yerləşdirmə elan etdi

AgahMedia.Com informasiya portalının Təhsil Nazirliyindən aldığı məlumata görə, müəllimlərin işə qəbulu üzrə müsabiqədə müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yer üçün kifayət etməyən və bununla da müsahibə mərhələsinə keçmək hüququ qazanmayan və ya müsahibədə iştirak etməyən namizədlər üçün əlavə yerləşdirmə aparılacaq.
3-5 sentyabr 2016-cı il tarixlərində müvafiq namizədlər şəxsi səhifələrinə daxil olmaqla, təklif edilən vakant yerləri seçə biləcəklər.
Əlavə yerləşdirmədə əvvəlki seçim zamanı tutulmamış 1558 yer və müsabiqə başa çatandan sonra yaranan yeni vakansiyalar elan ediləcəkdir.
Əlavə yerləşdirmə başa çatdıqdan sonra vakant yeri tutmaq hüququ əldə edən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Qeyd olunan mərhələdən uğurla keçən namizədlər müəllim adını qazanacaqlar.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*