Home » Bölgələr, Sosial, Təhsil sektoru, Ümumi » Maliyyə Hesablaşma Mərkəzləri müəllimlərin maaşlarına nəzarət edəcək… (Video)

Maliyyə Hesablaşma Mərkəzləri müəllimlərin maaşlarına nəzarət edəcək… (Video)

Təhsil Nazirliyi tərəfindən yeni təsis olunan Maliyyə Hesablaşma Mərkəzləri rayonlarda müəllimlərin maaşlarına nəzarət edəcək. Yeni mexanizmlə məktəblər üçün ayrılan xərclər də nəzarətdə saxlanılacaq.

Ümumtəhsil müəssisələrində çalışan 175 min müəllimin maaşlarına nəzarəti yeni yaradılan Maliyyə Hesablaşma Mərkəzləri həyata keçirəcək. Təhsil Nazirliyi tərəfindən yaradılan yeni mexanizm artıq 13 ərazi üzrə – Sumqayıt, Xaçmaz, İsmayıllı, Oğuz, Ağstafa, Şəmkir, Gəncə, Yevlax, Tərtər, Ucar, Sabirabad, Salyan və Astarada fəaliyyət göstərir. Masallı və Balakəndə yaradılan daha 2 mərkəz isə mayın 1-dən fəaliyyətdə olacaq.

Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov deyir ki, yeni mexanizm müəllimlərin maaşlarından ayrılan əlavə xərclərə nəzarəti gücləndirəcək. (Xəzər TV)

Müəllimlərin maaşları ilə yanaşı, məktəblərin maliyyə xərclərinin tənzimlənməsi də yeni maliyyə mərkəzlərinə həvalə olunub. Bu isə məktəblər üçün ayrılan vəsaitlərin səmərəli xərclənməsinə imkan verəcək.

Yeni mexanizmin tətbiqi 3875 ümumtəhsil və 259 məktəbdənkənar təhsil müəssisəsi daxil olmaqla, ümumilikdə regionlarda 4134 təhsil müəssisəsini əhatə edir.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*