Home » Beynəlxalq, Ümumi » Müəmmar Qəddafi öldürüldü


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Müəmmar Qəddafi öldürüldü

AgahMedia.Com informasiya portalının BBC-yə istinadən məlumatına görə,Milli Keçid Şurası Sirt uğrunda döyüşlər vaxtı Müəmmar Qəddafinin aldığı xəsarətlərdən öldüyünü bildirir. Televiziya ilə Qəddafinin cənazəsi göstərilib.
Müvəqqəti hökumətinin başçısı Mahmud Cəbrayıl Qəddafinin öldürüldüyünü təsdiq edib
“Biz bu anı çoxdan gözləyirdik”, – deyib o.
Digər MKŞ nümayəndəsi Qəddafinin ölümü ilə despot rejiminin sona çatdığını deyib: ” Bu tarixi andır. Diktatura ilə tiraniyanın sonudur.” – deyib Abdel Hafez Xoga.
Bu məlumat müstəqil mənbələrdən təsdiq olunmayıb.
Əl-Ərəbiyyə televiziyası Qəddafinin cənazəsinin Misrata gətirildyini bildirir.
Milli Keçid Şurasının nümayəndəsi artıq BBC-yə müsahibəsində polkovnik Qəddafinin öldürüldüyünü təsdiqləyib:
“Bir neçə dəqiqə bundan əvvəl mən öz adamlarımızdan polkovnik Qəddafinin öldürüldüyünün təsdiqini almışam, bundan əlavə nə təsdiq lazımıdır”, – deyib Şuranın Tripoli üzrə nümayəndəsi Abdulla Razad.
Əl-Cəzirə telekanalının müxbiri “Twitter” vasitəsilə Qəddafinin ələ keçirildiyi vaxt sağ olduğuna dəlalət edən telefonla çəkilmiş videokadrların gördüyünü bildirir.
Milli Keçid Şurasının nümayəndəsi Abdel Məcid bundan əvvəl Qəddafinin iki ayağından yaralandığını bildirib.
Liviyadakı hədəflərə hava zərbələri həyata keçirən NATO cümə axşamı Qəddafi tərəfdarlarının maşın karvanını vuduğunu deyib.
Lakin bu hücumla Qəddafinin ölümü arasında hər-hansı bir əlaqənin olub-olmadığını demək mümkün deyil.
Əl-Ərəbiyyə telekanalı Klikləyin Sirtın alınmasında iştirak edən səhra komandirlərinə istinadən Misrataya gətiriləcək polkovnik Qəddafinin cənazəsinin jurnalistlərə göstəriləcəyini xəbər verir.
BBC-nin siyasi məsələlər üzrə müxbiri deyir ki, Britaniya hökuməti ölümlə bağlı Milli Keçid Şurası başçısının təsdiqini gözləyir.
Liviyanı 42 il ərzində idarə edən Müəmmar Qəddafi avqust ayında Tripoliyə daxil olan Milli Keçid Şurası Qüvvələri tərəfindən devrilib.
BBC-nin siyasi icmalçısı John Simpson deyir ki, Qəddafinin ölümü 1969-cu ildən bəri ölkənin tarixində ən mühüm hadisəyə çevrilib.
Onun sözlərinə görə bu olay yeni prinsiplər əsasında hökumət qurmaq imkanı yaradır.
Hərçənd ki, ölkənin demokratik yol seçəcəyinə dair əminlik mövcud deyil.
Lakin yeni liderlərlə görüşlər hakimiyyət başına gələnlərdə demokratik sistemə marağın olduğunu göstərir, deyilir BBC-nin siyasi icmalçısının təhlilində.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*