Home » Ümumi » “Müəllimlərin əmək haqlarının artılımasına ehtiyac var”


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

“Müəllimlərin əmək haqlarının artılımasına ehtiyac var”

Cari ildə müəllimlərin əmək haqqının artımı məsələsi haqqında danışan təhsil naziri Misir Mərdanov bildirib ki, onların əmək haqqının artılımasına hər zaman ehtiyac var və buna şübhə olmasın.

AgahMedia.Com portalının “SƏS” informasiya agentliyinə istinadən məlumatına görə, Misir Mərdanovun sözlərinə görə, imkan yarandıqca, ölkəmizin büdcəsi buna imkan verdikcə, Azərbaycan höküməti müəllimlərin əmək haqqının artırılmasının qeydinə qalacaq və təbii ki, bu məsələ hər zaman bizi düşündürən məsələlərdən biridir.
Nazir həmçinin Azərbaycan məktəblərinə müəllimlərin qəbulu ilə bağlı işlərin bu il də davam etdirildiyini vurğulayaraq: “Əgər biz deyiriksə, Azərbaycanın gələcəyi onun təhsili ilə bağlıdır, o zaman biz təhsil müəssisəsinə məbəd kimi baxmalıyıq. Məbədə isə hər kəsi buraxmaq olmaz. Bu baxımdan da müəllimlərin işə qəbuluna çox ciddi seçim aparılır. Bu ildən seçimdə insan amili rol oynamayacaq və hər bir mərhələ kompüter vasitəsilə həyata keçiriləcək. Qeyd edim ki, bu il Bakı şəhərində 197 vakant müəllim yerinə elan verilib. Məndə olan məlumata görə, elə yerlər var ki, burada bir yerə 30 nəfər sənəd verib. Sonda ədalətli seçim aparılacaq və məktəblər məbədə layiq olmayan insanlardan yavaş-yavaş təmizlənəcək”.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*