Home » Sosial, Ümumi » MTRŞ Azərbaycan telekanallarında ədəbi dilin qorunmasına dair hesabatı açıqladı

MTRŞ Azərbaycan telekanallarında ədəbi dilin qorunmasına dair hesabatı açıqladı

AgahMedia.Com portalının “Olaylar” agentliyinə istinadən məlumatına görə,Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycandakı telekanallarda ədəbi dilin qorunmasına dair hesabatı açıqlayıb.
“ANS, ATV, “Space” və “Lider” kimi yayımçıların 2011-ci ilin may-iyun aylarında efirə çıxmış veriliş və proqramlarında dil baxımdan uğurlarla yanaşı, dil normalarının pozulması hallarına rast gəlinib. İctimai Televiziyanın “Carçı” proqramının aparıcılarının nitqi normaldır və ədəbi normalara müvafiqdir. Diktorun və müxbirlərin nitqinin tempi normadadır”, – Trend-in məlumatına görə, bu barədə cümə günü MTRŞ-nin açıqlanan hesabatında qeyd edilib.
Hesabatda göstərilib ki, ATV kanalının “Son xəbər” və AzTV-nin “Xəbərlər” informasiya buraxılışlarının aparıçılarının nitqi qənaətbəxşdir.
“AzTV-nin Xaçmaz müxbirlərinin nitqi isə bir qədər sürətlidir. “Xəzər” televiziyasında informasiya proqramının aparıcısının nitqi zəifdir. “Xəzər” televiziyasının Türkiyə müxbirinin nitqinin intonasiyası yaxşı deyil. “Xəzər Xəbər” informasiya buraxılışnda “olacey”, “olajax”, “stayanka”, “qarantiya vermək” kimi söz və ifadələr işlədilir”, – hesabatda göstərilib.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*