Home » Sosial, Ümumi » MTN və Baş Prokurorluq növbəti iki nəfəri rüşvət üstündə yaxaladı

MTN və Baş Prokurorluq növbəti iki nəfəri rüşvət üstündə yaxaladı

Milli Təhlükəsizlik Nazirliyinin sentyabrın 23-də yaydığı məlumata görə Azərbaycan Kooperasiya Universitetinin rektorunun köməkçisi Rövşən Məmmədov və Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsinin müdiri Azər Hüseynov rüşvət alarkən həbs olunub.

AgahMedia.Com portalının “Azadlıq” radiosuna istinadən məlumatına görə,Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq bugünlər bir vətəndaşın şiykaəti ilə əməliyyat aparıb. Vətəndaş şikayət edib ki, oğlunun Kooperasiya Universitetinin birbaşa 2-ci kursuna qəbul olunması üçün həmin təhsil müəssisənin rektorunun köməkçisi ondan 21 min manat rüşvət tələb edir.Hüquq-mühafizə orqanları onu həmin rüşvəti alarkən saxlayıb. Köməkçinin maşınından da müxtəlif şəxslərin imtahan verməsi və universitetə qəbul olunması kimi qeydlər aparılmış 57 min 500 manat pul tapılıb.Hüquq-mühafizə orqanları rektorun köməkçisini təqsirləndirilən şəxs kimi saxlayıb.
Azərbaycan Kooperasiya Universiteti dövlətin maliyyələşdiridiyi təhsil müəssisələrindən biridir. Hələlik Universitetin və rüşvət almaqda ittiham olunan rektor köməkçisinin vəkiliunin bu hadisə barədə fikirləri məlum deyil.
Milli Təhlükəsizlik Nazirliyi həmçinin məlumat verir ki, Baş Prokurorluqla birlikdə Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsinin müdiri Azər Hüseynovu da rüşvət alarkən saxlayıb.
Rəsmi məlumata görə bir vətəndaş Azər Hüseynovun uzun müddət onun xəstə anasının aylıq pensiya ödənişləri üçün plastik kartı verməkdən imtina etdiyini, kartın yalnız 300 manat rüşvət müqabilində kartın ona veriləcəyini bildirib.MTN və Baş Prokurorluq şöbə rəisini də 200 manat pulu rüşvət alarkən tutub. Hüquq-mühafizə orqanları onun üstündən 3420 manat nağd pul, ayrı-ayrı şəxslərin adına olan 6 plastik kart, şöbənin mühasibatlığında 1436 ədəd plastik kart və həmin kartlara məxsus pin kodlar aşkar olunub. Bununla yanaşı, Azər Hüseynovun ərizəçinin anasının iki aylıq pensiya ödənişlərini mənimsədiyini aşkar edib.Hüquq-mühafizə orqanları onu təqsirləndirilən şəxs kimi həbs edib.
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*