Home » Beynəlxalq, Siyasət, Ümumi » Moskva meri Yuriy Lujkov ətrafında qərginlik səngimir

Moskva meri Yuriy Lujkov ətrafında qərginlik səngimir

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Kremllə problemləri yaranan mer məzuniyyət götürüb ailəsiylə birlikdə xaricə gedib. Bəzilərinin zənnincə, mer vətəndə təqiblərdən çəkinərək geri qayıtmaya da bilər. Merin ətrafında bunu qətiyyətlə təkzib edirlər. Bu arada merin xanımı Rusiyanın ən zəngin qadını sayılan Yelena Baturina Yuriy Lujkovun son problemlərini 2012-ci ilin prezident seçkiləriylə bağlayır. Onun zənnincə, prezident Medvedevin administrasiyasında bəziləri ehtiyat edir ki, növbəti prezident seçkilərində Yuriy Lujkov prezident Medvedevi yox, baş nazir Vladimir Putini dəstəkləyəcək. AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Rusiya mətbuatı və şərhçiləri 18 il Moskva şəhərinə başçılıq edən 74 yaşlı Yuriy Lujkovun ətrafındakı qarşıdurmanı geniş şərh edirlər. Qeyd olunur ki, Kremldə tənqid olunan mer istefa astanasındadır. Yuriy Lujkov öz növbəsində bildirib ki, istefa vermək fikrində deyil. Hazırda mer məzuniyyətdədir və ailəsiylə birlikdə xaricdədir. Qeyd olunur ki, mer məzuniyyəti Kremllə uzlaşdırıb. “Kommersant” qəzeti yazır ki, meri məzuniyyətə istefa haqda fikirləşmək üçün buraxıblar. Bəziləri isə ümumən deyirlər ki, mer Rusiyaya geri qayıtmaya da bilər. Cənab Lujkovun ətrafında belə iddiaları cəfəngiyat adlandırırlar. Merin xanımı, milyardçı iş adamı Yelena Baturinaya görə isə, son problemlər növbəti prezident seçkiləriylə bağlıdır. “The New Times” dərgisinə xanım Baturina deyib ki, prezident Medvedevin ətrafında bəziləri Yuriy Lujkovun seçkilərdə Dmitri Medvedevi yox, Vladimir Putini dəstəkləyəcəyindən ehtiyyatlanırlar. Ekspertlər merə qarşı kampaniyanın onun Ximki meşəsiylə bağlı məqaləsindən sonra qızışmasına diqqəti çəkirlər. Meşədən keşməli Moskva-Peterburq trasının tikilişini prezident Medvedev dayandırıb. Trasın tikilişi barədə sərəncamı öz vaxtında Vladimir Putin imzalamışdı. Mer öz məqaləsində trasın meşədən keçən variantını dəstəkləyib. Bir çox müşahidəçilər bununla merin prezidenti yox, baş naziri dəstəkləməsini zənn edirlər. Politoloq Dmitriy Oreşkinə görə, Yiriy Lujkovun Vladimir Putinə tərəf durması məntiqidir:
“Lujkov başa düşür ki, Medvedev və Kreml yaşı 70 ötmüş meri növbəti dövrdə vəzifədə saxlamaq istəmir. Bu haqda açıq işarələr olub. Moskva meri görür ki, prezidentlə o dil tapa bilməyəcək və onun karyerasının sonu gəlir. Bu şəraitdə o digər hakimiyyət mərkəzindən dəstək axtarır. Mer heçdə Medvedev-Putin gütlüyünü parçalamır. Bu gütlüy ancaq seçici üçün bir şəkildi, əslində isə hər iki qrupplaşma arasında 2012-ci il uğrunda ciddi mübarizə gedir”, deyir cənab Oreşkin.
Rəsmilər deyirlər ki, prezidentlə baş nazir əlbir işləyirlər, seçki ərəfəsində isə onlar birgə qərara gələcəklər.
AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, bu arada Moskvadakı “Karneqi” mərkəzindən Nikolay Petrova görə, son hadisələr ali hakimiyyətdə Moskva meriylə bağlı vahid fikrin olmamasını nümayiş etdirir:
“Baş verənlər sistemdə müxtəlif klanların maraqlarının uzlaşdırılması mexanizminin olmamasını göstərir. Belə mexanizm olsaydı qalmaqalsız hamını qane edən bir həll tapmaq olardı. İndi bəziləri merin istefasını istəyir, bəziləri buna qarşı çıxır”, deyir cənab Petrov.
Başqa politoloq Pavel Svyatenkova görə, Yuriy Lujkovun az da olsa vəzifəsində qalmağa şansları var:
“Hazırda Lujkov istefaya çox yaxındır. Ancaq onun vəzifədə qalmaq şansları da var. Bir arqument var, Lujkov seçki ərəfəsində Moskvada sabitliyi saxlaya biləcək yeganə fiqurdu. 90-cı illərdə ölkədə liberal islahatlar aparılan zaman Lujkov paytaxtda sosial sabitliyi saxlayıb mərkəzi hakimiyyəti Moskvada problemlərdən saxlayıb. İndi də merin bunun üçün lazım olmasını istisna etmək olmaz”, deyir Pavel Svyatenkov.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*