Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Texno, Ümumi » Mobil cihazların IMEI nömrəsinin qeydiyyatı ödənişli oldu

Mobil cihazların IMEI nömrəsinin qeydiyyatı ödənişli oldu

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_smartfon

AgahMedia.Com informasiya portalının Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən aldığı məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nın müvafiq bəndi nəzərə alınaraq, 1 noyabr 2014-cü il tarixindən şəxsi istifadə, satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə ölkəyə gətirilən mobil cihazların qeydiyyatı aşağıdakı qaydada ödənişli təşkil edilir:

Şəxsi istifadə məqsədi ilə ölkəyə gətirilən mobil cihazların hər bir IMEI nömrəsinin qeydiyyatı- 5 (beş) manat,
Satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə toplu halında ölkəyə gətirilən mobil cihazların IMEI nömrəsinin qeydiyyatı-0.20 manat.

Qeydiyyat prosedurunun operativliyinin təmin edilməsi üçün şəxsi istifadə məqsədi ilə ölkəyə gətirilən mobil cihazların qeydiyyatı www.e-gov.az və www.imei.az saytları vasitəsilə, eləcə də poçt şöbələri tərəfindən aparılır. Qeydiyyat proseduru tam avtomatlaşdırılmış və 2 (iki) iş günündən 24 saat müddətinə endirilib.

Mobil cihazın qeydiyyatda olub-olmadığını mobil telefondan 15 rəqəmli IMEI nömrəsini yazaraq 1677-yə SMS göndərməklə, www.imei.az saytı vasitəsi ilə və ya “1677” çağrı mərkəzinə zəng etməklə müəyyənləşdirmək mümkündür.

Vətəndaşların nəzərinə çatdırırıq ki, mövcud qaydalara əsasən Azərbaycan Respublikası ərazisindəki mobil cihaz satış məntəqələrində əhaliyə təklif olunan mobil cihazların IMEI nömrələrinin qeydiyyatı həmin cihazları satan hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilməlidir.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*