Home » Şou biznes və Mədəniyyət, Ümumi » “Miss Azərbaycan 2010” qalmaqalı…

“Miss Azərbaycan 2010” qalmaqalı…

“Nur” prodakşnın maliyyə dəstəyi ilə keçirilən “Miss Azərbaycan 2010” müsabiqəsinin qala konsertində baş verən olaylarla bağlı mətbuat konfransı keçirilib.

AgahMedia.Com portalının “SƏS” İnformasiya Agentliyinə istinadən məlumatına görə, konfransda “Nur” prodakşının rəhbəri Nuriyyə Əhmədova, onun vəkili Əkbər Bağırov və Firdovsi Atakişiyev iştirak edib.Müsabiqənin təşkilatı işlərinin həlli Günay və Nazim Səmədovlara tapşırılıb. Məlum olub ki, təşkilatçılar “Nur” prodkaşının rəhbəri N.Əhmədovadan müsabiqənin keçirilməsi üçün tələb olunan pul vəsaitindən artığını alıblar. Bildirək ki, mayın 22-də Heydər Əliyev Sarayının icarəsi üçün 17700 manat pul ödənilməsi məqsədi ilə Səmədovlar prodakşnın rəhbərindən 2 ay öncədən pul alsalar da, müsabiqə keçirilən gün sarayın pulunun ödənilmədiyi məlum olub. F.Atakişiyevin verdiyi açıqlamaya görə, Səmədovlar N.Əhmədovaya yayımla bağlı müqaviləni də olduğu kimi təqdim etməyiblər. Belə ki, Lider Tv ilə ödəniş 30 000 manat danışıldığı halda, 40 000 manatlıq sənəd bağlanıb. Bütün bu proseslər zamanı isə bir neçə dəfə saxta sənədlər imzalanıb.
N.Əhmədova açıqlamasında bildirib ki, saxtakar Səmədovlar etdiklərinə görə, cinayət məsuliyyətinə cəlb olunmalıdırlar: “Ümumiyyətlə, müsabiqənin təşkilati işlərini aparan bu şəxslərin təkcə “Nur” prodakşının rəhbərliyinə deyil, mətbuata da yalan danışdıqları, dələduzluqla məşğul olduqları barədə əlimdə kifayət qədər dəlil var. Xatırladım ki, onlar qala konsertdə tamaşaçılara, qonaqlara verilən vədlərin həyata tam keçirilməməsinin səbəbini açıqlamaq məqsədi ilə mətbuat konfransı keçirəcəklərini də demişdilər. Lakin bir gün əvvəl, yəni mayın 22-də yarışmanın mətbuat katibi KİV nümayəndələrinə zəng vuraraq, tədbirin baş tutmayacağı ilə bağlı məlumat verib. Bütün bunlar isə bir daha Səmədovların qeyri-peşəkar təşkilatçılığından xəbər verir. Onlar elədiklərinə görə, məhkəmə qarşısında cavab verməlidirlər”. Layihənin rəhbəri rəqqaslara 6 000 və digər bir neçə şəxsə 3 000 manat ödəməli olduğu halda, bu ödənişi də edə bilməyib. Buna səbəb isə saraya buraxılmayan N.Əhmədovanın 9 000 manatı sarayın icarəsi üçün vermək məcburiyyətində qalması olub. N.Əhmədova müsabiqə heyətinə daxil olan bəzi şəxslərində heç bir maddi qarşılıq olmadan çalışdıqlarını da gizlətməyib. Onun sözlərinə görə, Lyubov Kutrova və Firdovsi Atakişiyevaya iştirakları ilə bağlı heç bir ödəniş olmayıb. Tədbirin sonunda isə layihə rəhbəri baş prodüser N.Səmədovla olan telefon danışığını mətbuat nümayəndələrinə əqdim edib. Danışıq zamanı baş prodüser etdiyi qanunsuzluqları etiraf edərək, 139 000 manat pulu artıq aldığını etiraf edib. Onu da qeyd edək ki, məsələnin araşdırılması ilə bağlı N.Əhmədova bu günlərdə rəsmi ərizə ilə məhkəməyə müraciət edəcək.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*