Home » Beynəlxalq, Siyasət, Ümumi » Misirin prezidenti istefa verdi

Misirin prezidenti istefa verdi

Misir Prezidenti Hüsni Mübarək istefa verib. AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, bu barədə Misirin vitse-prezidenti Ömər Süleyman bəyanat verib. O, deyib ki, cənab Mübarək istefa verməyə qərar verib və onun səlahiyyətləri ordu şurasına ötürüləcək.

Yüz minlərlə nümayişçi Qahirənin mərkəzində, Aleksandriya və Süveyş şəhərlərində toplaşıb. Onlar Prezident Hüsni Mübarəkin istefasını tələb etmək üçün yığışmışdılar. Onlar hazırda mahnılar oxuyaraq, Mübarəkin istefasını bayram edirlər.
AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Dünya cənab Mübarəkin istefasını alqışlayıb. Misirin müxalifət fiqruru Məhəmməd əl Baradeyib bu xəbəri özünü ən böyük günü adlandırıb.
Avropa İttifaqının xarici siyasət rəsmisi Kətrin Əşton deyib ki, cənab Mübarək Misir xalqının səsini dinlədi və islahatlara yol açdı.
Alman Kansleri Angela Merkel də Mübarəkin istefa qərarını alqışlayıb və bunu “tarixi dəyişiklik” adlandırıb.
İran isə bu xəbəri “misirlilərin böyük qələbəsi” adlandırıb.
Cənab Mübarək bir qədər əvvəl Misiri tərk edərək Qırmızı Dəniz Sahilindəki Şarm-əl-Şeyx kurort şəhərinə gedib.
AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, İzdiham prezident sarayının qarşısına, Təhrir meydanına və dövlət televiziyası binasının qarşısına toplaşıb.
Cümə axşamı etdiyi çıxışında cənab Mübarət sentyabr ayınadək vəzifəsində qalacağını, amma bəzi səlahiyyətlərini təhvil verəcəyini demişdi.
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*